Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq? – Deputatdan AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Bakıda səfərdədir. Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. ŞKTC hələlik dünya səviyyəsində tanınmayan bir dövlətdir. Hələlik yalnız Türkiyə onu müstəqil dövlət olaraq tanıyır.

Azərbaycana gəldikdə, ölkəmizlə ŞKTC arasında bir sıra sahələrdə əlaqələr yaranıb və bu əlaqələr inkişaf etməkdədir. İki ölkə arasında humanitar, mədəniyyət, turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq mövcuddur.

Bakıda ŞKTC-nin təmsilçiliyi fəaliyyət göstərir. Azərbaycan öz problemi olan Qarabağ məsələsini tam həll etdikdən sonra, artıq beynəlxalq aləmdə geniş nüfuz əldə edib. İndi hər bir dövlətə bəllidir ki, Bakının razılığı olmadan Cənubi Qafqazda hər hansı bir layihəni gerçəkləşdirmək qeyri-mümkündür. Bu mənada Azərbaycan xarici siyasət sahəsində atdığı addımları da artıq tam olaraq müstəqil və öz maraqlarına uyğun şəkildə atır.

Mövcud vəziyyətdə Bakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilərmi?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, artıq Azərbaycanla ŞKTC arasında rəsmi əlaqələrin qurulması imkanları formalaşmaqdadır:

“Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında müəyyən təmaslarla yanaşı, əlaqlər də mövcuddur. Artıq bir neçə ildir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda təmsilçiliyi fəaliyyət göstərir. Eyni zamanda, ŞKTC-da Azərbaycan diaspor təşkilatı da kifayət qədər aktivdir. İctimai səviyyədə təmaslar da sıxdır.

Bu baxımdan mövcud şərtlər daxilində Azərbaycanla ŞKTC arasında rəsmi əlaqələrin qurulması imkanları da formalaşmaqdadır. Həm də görünən odur ki, bu tendensiya xarakterlidir. Yəni dayanmayan prosesdir. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Bakıdakı toplantısında bildirmişdi ki, ŞKTC-nin bayrağı da burada dalğalanmalıdır. Bütün bunlar zamanla sözügedən istiqamətdə də reallığın ortaya çıxacağını şərtləndirə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Taksi sürücüləri sərnişini mütləq ünvanda düşürməsinlər" - Nazir müavini

"Taksi sürücüləri sərnişini mütləq ünvanda düşürməsinlər" - Nazir müavini

Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

Metroda sıxlığın qarşısını almaq üçün 11 avtobus xətti yaradılacaq – İSTİQAMƏTLƏR

Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro çəkilə BİLƏR

Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro çəkilə BİLƏR

Bakı-Astara dəmir yolu bu tarixdə sərnişinlərin istifadəsinə veriləcək

Bakı-Astara dəmir yolu bu tarixdə sərnişinlərin istifadəsinə veriləcək

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Bakının bir küçəsi bu gündən TAM BAĞLANIR

Bakının bir küçəsi bu gündən TAM BAĞLANIR

Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

Azyaşlıların məhkəməsində psixoloqlar da İŞTİRAK EDƏCƏK

Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT – FOTO

Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT – FOTO

Salyan rayonunda 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı – FOTO/VİDEO

Salyan rayonunda 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı – FOTO/VİDEO

İdman məşqçilərinin vəzifələri ARTIRILIR

İdman məşqçilərinin vəzifələri ARTIRILIR

Azərbaycan iqtisadiyyatına 32 milyard manat kredit qoyulub

Azərbaycan iqtisadiyyatına 32 milyard manat kredit qoyulub

Avropa İttifaqında QALMAQAL – Qadın liderlərin duelindən kim QALİB ÇIXACAQ?

Avropa İttifaqında QALMAQAL – Qadın liderlərin duelindən kim QALİB ÇIXACAQ?

Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

İrandan Azərbaycana gətirilən 1680 kq nuqa məhv edildi – SƏBƏB – FOTO

İrandan Azərbaycana gətirilən 1680 kq nuqa məhv edildi – SƏBƏB – FOTO

Rusiyada matəm ELAN OLUNDU

Rusiyada matəm ELAN OLUNDU

“Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

“Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

Müharibədə Rusiyanın itkiləri 1,2 milyon nəfərə çatacaq?

Müharibədə Rusiyanın itkiləri 1,2 milyon nəfərə çatacaq?

Bu ölkədən rekord sayda əcnəbi deportasiya olundu

Bu ölkədən rekord sayda əcnəbi deportasiya olundu

Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı

Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı

Reklamlarda uşaqların görüntüsündən yalnız bu halda istifadə oluna BİLƏCƏK

Reklamlarda uşaqların görüntüsündən yalnız bu halda istifadə oluna BİLƏCƏK

Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

Həbsdə olan valideynlərin övladları dövlət müdafiəsinə GÖTÜRÜLƏCƏK

Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

Rejissor Ziya Şıxlinski: "Azərbaycanda kino ölüb, basdıranı yoxdur"

Rejissor Ziya Şıxlinski: "Azərbaycanda kino ölüb, basdıranı yoxdur"

End of content

No more pages to load

RADİO