"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir".
Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə "X" (tvitter) hesabında yaydığı paylaşımda qeyd olunub.
"Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - paylaşımda vurğulanıb.

Bizim.Media