XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri AÇIQLANDI 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, sentyabrın 24-də isə danışıq bloku üzrə imtahan keçirilib. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən 140 namizəd buraxılıb. 

Xarici dil imtahanının hər iki hissəsində 137 nəfər iştirak edib. 

Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır. 

Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır. 

Aşağıdakı cədvəldə imtahanın komponentləri, toplana bilinən xam bal, maksimum bal və balların hesablanması göstərilib:



Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən (“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığnın hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar. 

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və müsahibə mərhələsinə buraxılan iştirakçıların sayı 95 nəfər olub.

Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır. 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 18 oktyabr 2023-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 oktyabr saat 10:00-dan 15 oktyabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

End of content

No more pages to load

RADİO