“Azərbaycanla əlaqələrimizi bütün sahədə inkişaf etdirəcəyimizə ümid edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycana səfəri öncəsi deyib.
O, səfər zamanı Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
“Bu gün Azərbaycana səfərimiz bir ilkdir və biz çalışacağıq ki, Kipr türk xalqının Azərbaycan kimi qardaş dövlətlə hər cür əlaqələrini inkişaf etdirək ki, turizmimiz, təhsilimiz, mədəniyyətimiz, iqtisadiyyatımız və əlaqələrimiz daha da möhkəmlənsin.
Azərbaycanla əlaqələrimizin, münasibətlərimizin, zaman keçdikcə iqtisadi, mədəni, kommersiya, diplomatik və siyasi baxımdan inkişaf edəcəyinə inanıram” – o bildirib.