Paşazadə: "Azərbaycanın qələbəsi bütün türk xalqlarının qələbəsidir" - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevla görüşüb.

M.Aşımbayev qonağı səmimiyyətlə salamlayıb və xalqlarımızı birləşdirən qardaşlıq əlaqələrini xüsusi qeyd edib:

“Ölkələrimizi və xalqlarımızı çoxəsrlik möhkəm dostluq telləri, ortaq tarix, adət-ənənələr və mədəniyyət birləşdirir. Qazaxıstanda biz sizin ölkənizin bütün nailiyyətlərinə ürəkdən sevinirik. Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində dövlətlərarası əlaqələr bir çox sahələrdə möhkəmlənib.

Təbii ki, buna iki ölkənin prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev arasında daimi təmaslar kömək edir. Mən həmçinin dinlərarası dialoqun təşviqi üçün birgə işi davam etdirməyi vacib hesab edirəm”.

Maulen Aşımbayev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə xalqımıza və ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırıb:

“Bu, ədalətin bərqərar olunması yolunda Azərbaycan rəhbərliyinin və xalqının sarsılmaz iradəsi sayəsində baş verdi. Qazaxıstan qardaş Azərbaycanı onun ədalətli mübarizəsində həmişə dəstəkləyib və dəstəkləyəcək. Biz bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasında qardaş Azərbaycana hərtərəfli dəstək verməyə hazırıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycanın qələbəsi bütün türk xalqlarının qələbəsidir”.

Senatın sədri Dünya və ənənəvi dinlər liderləri Qurultaylarının işində fəal rol oynadığına görə Şeyxülislama dərin təşəkkürünü bildirib, qurultay katibliyinin Azərbaycanın dini liderinin təcrübəsindən və müdrikliyindən bəhrələndiyini vurğulayıb.
Öz növbəsində, çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan rəhbərliyinin və xalqımızın salamlarını qardaş ölkənin Senat sədrinə çatdırıb.

Bildirib ki, biz Qazaxıstanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlardan, qardaş ölkənin artan beynəlxalq nüfuzundan çox məmnunuq.

Eyni zamanda, Şeyxülislam qurultayın nüfuzunun möhkəmlənməsində Prezident Kasım-Jomart Tokayevin müstəsna rolunu vurğulayıb.

QMİ sədri Azərbaycan-Qazaxıstan əməkdaşlığından, iki dövlət rəhbərliyinin və xalqlarının həmrəyliyindən danışaraq, Prezident Tokayevin işğaldan azad edilmiş ərazilərə səfərini və Füzulidə Kurmanqazı adına yaradıcılıq inkişaf mərkəzinin tikintisi təşəbbüsünü xüsusilə vurğulayıb, bunu iki xalqın ortaq mədəniyyətinin və həmrəyliyinin simvolu kimi səciyyələndirib.

Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

End of content

No more pages to load

RADİO