Azərbaycan Efiopiyaya səfir təyin edib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Ruslan Nəsibov daha əvvəl Azərbaycanın Efiopiyada müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

Bizim.Media