Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA

“Prezident İlham Əliyev İspaniyanın Qranada şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə iştirakdan imtina edib. Çünki Fransa orada olacaqdı və 10 noyabr 2020-ci ildə, üçtərəfli atəşkəs bəyanatının imzalandığı gün Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildi ki, İkinci Qarabağ müharibəsində Azərbaycan günahkardır və Ermənistan qurbandır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sülh yolunda SON ƏNGƏL – Anklav kəndlərimiz necə AZAD OLUNACAQ?


Azərbaycan Prezidentinin Qranada müzakirələrindən imtina etməklə haqlı addım atdığına diqqət çəkən Brayza, tərəflər arasında görüşün baş tutacağı təqdirdə də bir çox razılaşmaların ola biləcəyini vurğulayıb:

“Bildiyiniz kimi, Qarabağdakı son antiterror tədbirlərinə cavab olaraq Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı Aİ tərəfindən qətnamə qəbul edildi. Belə olan halda, güman edirəm ki, Prezident İlham Əliyev Qranadanın həqiqətən də konstruktiv mühit olmayacağına qərar verib və görüşə getməmək qərarına gəlib. 

O, Avropaya da mühüm siqnal verdi ki, Azərbaycan Fransanı vasitəçilik prosesində vicdanlı tərəf hesab etmir. Düşünürəm ki, Fransa artıq dürüst mövqedə deyil. Əsas odur ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və sərhədlərin demarkasiyası sazişi üzrə danışıqlara kömək etmək üçün böyük iş görür”, - deyə M. Brayza qeyd edib. 

Keçmiş səfir hesab edir ki, Aİ keçmiş danışıqlar formatına qayıdacaq. Yəni Aİ, Azərbaycan və Ermənistan üçtərəfli formatı bərpa olunacaq:

“Türkiyənin iştirakına gəlincə, düşünürəm ki, Ermənistan açıq-aşkar tarixi səbəblərə görə, Türkiyənin danışıqlarda iştirakını istəmir. Beləliklə, danışıqlarda bir tərəf digər ölkənin iştirakından imtina edərsə, bu ölkəni məcbur etmək üçün edə biləcəyiniz heç bir şey yoxdur.

Ermənistan Türkiyənin müzakirələrdə iştirakını qəbul edərsə, bu halda Aİ-nin Ermənistana nəsə deməsi tamamilə yersiz və qeyri-məhsuldar olardı. 

Düşünürəm ki, danışıqlar prosesini idarə edən Avropa İttifaqı artıq köhnə formata qayıdacaq. Onu da qeyd edim ki, ABŞ və dövlət katibi Blinken məsələyə mühüm diplomatik dəstək verir”, - deyə diplomat əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real Madrid”dən Arda Gülerin transferi ilə bağlı AÇIQLAMA

“Real Madrid”dən Arda Gülerin transferi ilə bağlı AÇIQLAMA

Öldürülən qadının əri də qətlə YETİRİLİBMİŞ - Maştağadakı ailə faciəsinin QANLI KEÇMİŞİ – ÖZƏL/VİDEO

Öldürülən qadının əri də qətlə YETİRİLİBMİŞ - Maştağadakı ailə faciəsinin QANLI KEÇMİŞİ – ÖZƏL/VİDEO

Yenə dediyini etdi: Bu görüntü Trampın yuxularını qaçıracaq – FOTO

Yenə dediyini etdi: Bu görüntü Trampın yuxularını qaçıracaq – FOTO

Peskov “xüsusi hərbi əməliyyat”dakı itkilərlə bağlı xəbərləri ŞƏRH ETMƏDİ

Peskov “xüsusi hərbi əməliyyat”dakı itkilərlə bağlı xəbərləri ŞƏRH ETMƏDİ

Ukrayna hökuməti Orbanı təhdid edir - SƏBƏB

Ukrayna hökuməti Orbanı təhdid edir - SƏBƏB

Magistratura üzrə sınaq imtahanının nəticələri AÇIQLANDI

Magistratura üzrə sınaq imtahanının nəticələri AÇIQLANDI

Azərbaycan və Çin XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO

Azərbaycan və Çin XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO

Bu qohumların evliliyinə İCAZƏ var – Rəsmi AÇIQLAMA

Bu qohumların evliliyinə İCAZƏ var – Rəsmi AÇIQLAMA

Rusiya Ukraynada 700 evi istilik təminatından məhrum etdi

Rusiya Ukraynada 700 evi istilik təminatından məhrum etdi

Emin Ağalarov “Maybe Tomorrow” adlı layihəsini təqdim etdi – VİDEO

Emin Ağalarov “Maybe Tomorrow” adlı layihəsini təqdim etdi – VİDEO

Putin Trampı əsəbiləşdirmək istəmir, amma Ukrayna məsələsində kompromisə getməyəcək

Putin Trampı əsəbiləşdirmək istəmir, amma Ukrayna məsələsində kompromisə getməyəcək

Gürcüstana səfər planlaşdıran sərnişinlərin NƏZƏRİNƏ!

Gürcüstana səfər planlaşdıran sərnişinlərin NƏZƏRİNƏ!

“Traktor” səfərdə qələbə qazandı - VİDEO

“Traktor” səfərdə qələbə qazandı - VİDEO

Müğənnilərin 30 dəqiqəlik toy qiymətləri - SİYAHI

Müğənnilərin 30 dəqiqəlik toy qiymətləri - SİYAHI

Dünyanın ən gözəl adası SEÇİLDİ - Yalnız gəmi ilə getmək mümkündür - FOTO

Dünyanın ən gözəl adası SEÇİLDİ - Yalnız gəmi ilə getmək mümkündür - FOTO

Tanınmış aktrisa VƏFAT ETDİ

Tanınmış aktrisa VƏFAT ETDİ

Bakının məşhur klinikasında YANĞIN

Bakının məşhur klinikasında YANĞIN

Rusiya ordusu Xarkov vilayətində sərhədi yarmağa cəhd edir

Rusiya ordusu Xarkov vilayətində sərhədi yarmağa cəhd edir

Ötən il azad edilmiş ərazilərə xərclənən vəsaitin MƏBLƏĞİ

Ötən il azad edilmiş ərazilərə xərclənən vəsaitin MƏBLƏĞİ

Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək – VİDEO

Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək – VİDEO

Bu il 5 fənn üzrə müəllimlər ilk dəfə sertifikasiyadan keçəcək

Bu il 5 fənn üzrə müəllimlər ilk dəfə sertifikasiyadan keçəcək

Saxta pasportla Bakıdan Almaniyaya getmək istədi, HƏBS OLUNDU

Saxta pasportla Bakıdan Almaniyaya getmək istədi, HƏBS OLUNDU

“Qarabağ”ın legionerini almaq istəyən klubların SAYI ARTIR

“Qarabağ”ın legionerini almaq istəyən klubların SAYI ARTIR

Azərbaycanın dövlət borcu AÇIQLANDI

Azərbaycanın dövlət borcu AÇIQLANDI

End of content

No more pages to load

RADİO