Ceyhun Bayramov: "Ermənistanın qarayaxma təbliğatı bölgədəki reallıqları əks etdirmir" - FOTO

Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb. 

C.Bayramov ölkəmizin ərazisində qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirləri, onları şərtləndirən səbəblər barədə qarşı tərəfi məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən qondarma qarayaxma təbliğatının bölgədəki reallıqları əks etdirmədiyini vurğulayıb. 

Ermənistan tərəfinin sülh prosesinə ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının hələ də davam etdirildiyini diqqətə çatdıran C.Bayramov bu kimi addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini bildirib. 
Görüşdə, həmçinin C.Bayramov Azərbaycan hökuməti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verib, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin aparıldığını diqqətə çatdırıb. 

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı və bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunduğu diqqətə çatdırılıb.

Bu çərçivədə, BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırlanıb. 

Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini pozmağa yönəldiyi bildirilib. Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ

Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ

Amnistiya aktı indiyədək 14 589 şəxsə şamil edildi

Amnistiya aktı indiyədək 14 589 şəxsə şamil edildi

65 nəfər xarici ölkələrdən Azərbaycana GƏTİRİLDİ

65 nəfər xarici ölkələrdən Azərbaycana GƏTİRİLDİ

Film kimi cinayət: Öldürdüyü insanların əmlaklarını öz adına keçirdi, on il sonra üstü açıldı - FOTO

Film kimi cinayət: Öldürdüyü insanların əmlaklarını öz adına keçirdi, on il sonra üstü açıldı - FOTO

Silahlı hücum zamanı ölü rolunu oynadı - DETALLAR - FOTO

Silahlı hücum zamanı ölü rolunu oynadı - DETALLAR - FOTO

Azad Məcidova hakim pensiyası verilmir - 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir - 4 881 manatdan narazıdır

“Sabah”ın müdafiəçisi ərəb klubuna KEÇƏ BİLƏR

“Sabah”ın müdafiəçisi ərəb klubuna KEÇƏ BİLƏR

16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunması ZƏRURƏTİ – DÜNYA TƏCRÜBƏSİ

16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunması ZƏRURƏTİ – DÜNYA TƏCRÜBƏSİ

Bu deputatlara vəzifə veriləcək - ADLAR

Bu deputatlara vəzifə veriləcək - ADLAR

Maşınını satmaq istədi - Alıcıya cibindən pul verdi – TƏFƏRRÜAT - FOTO/VİDEO

Maşınını satmaq istədi - Alıcıya cibindən pul verdi – TƏFƏRRÜAT - FOTO/VİDEO

Savaşın ayaq səsləri: Tramp ilk dəfə İRANA QARŞI bu qədər sərt çıxış etdi - VİDEO

Savaşın ayaq səsləri: Tramp ilk dəfə İRANA QARŞI bu qədər sərt çıxış etdi - VİDEO

Bu avtomobillərin idxalı ƏDV-dən azad edilə BİLƏR

Bu avtomobillərin idxalı ƏDV-dən azad edilə BİLƏR

Bakıya intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıya intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

6 nəfər prokurorluq orqanlarından xaric edilib - RƏSMİ

6 nəfər prokurorluq orqanlarından xaric edilib - RƏSMİ

Minadan ötən il neçə nəfər xəsarət alıb?

Minadan ötən il neçə nəfər xəsarət alıb?

Şaraa Makronun telefonuna cavab vermədi: Fransa lideri hirsindən “dəli oldu”

Şaraa Makronun telefonuna cavab vermədi: Fransa lideri hirsindən “dəli oldu”

Ötən il ölkə ərazisində qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Ötən il ölkə ərazisində qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanıldı – ANBAAN VİDEO

Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanıldı – ANBAAN VİDEO

Nərimanovun icra başçısının müavini təqaüdə ÇIXDI

Nərimanovun icra başçısının müavini təqaüdə ÇIXDI

“Real Madrid”dən Arda Gülerin transferi ilə bağlı AÇIQLAMA

“Real Madrid”dən Arda Gülerin transferi ilə bağlı AÇIQLAMA

Öldürülən qadının əri də qətlə YETİRİLİBMİŞ - Maştağadakı ailə faciəsinin QANLI KEÇMİŞİ – ÖZƏL/VİDEO

Öldürülən qadının əri də qətlə YETİRİLİBMİŞ - Maştağadakı ailə faciəsinin QANLI KEÇMİŞİ – ÖZƏL/VİDEO

Yenə dediyini etdi: Bu görüntü Trampın yuxularını qaçıracaq – FOTO

Yenə dediyini etdi: Bu görüntü Trampın yuxularını qaçıracaq – FOTO

Peskov “xüsusi hərbi əməliyyat”dakı itkilərlə bağlı xəbərləri ŞƏRH ETMƏDİ

Peskov “xüsusi hərbi əməliyyat”dakı itkilərlə bağlı xəbərləri ŞƏRH ETMƏDİ

Ukrayna hökuməti Orbanı təhdid edir - SƏBƏB

Ukrayna hökuməti Orbanı təhdid edir - SƏBƏB

End of content

No more pages to load

RADİO