Qazaxıstan xarici işlər naziri Murat Nurtleu sabah Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
XİN rəsmisinin sözlərinə görə, Nurtleu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Şuşada keçiriləcək 27-ci iclasında iştirak edəcək.
Bizim.Media