Fazil Mustafa və İqbal Ağazadə arasında GƏRGİNLİK – Vanyan partiya sədrlərini necə ÜZ-ÜZƏ QOYDU?

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın təklifi cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Belə ki, deputat işğaldan azad olunmuş ərazilərdə, ermənilərin yaşayacağı küçələrdən birinə dissident Georgi Vanyan kimi bir şəxsin adının verilməsinin mümkünlüyündən söz açıb.

Onun bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadənin tənqidlərinə tuş gəlib. Ümid sədri qatıldığı verilişlərin birində Fazil Mustafanın təklifinə qarşı fikirlər səsləndiirb. 

“Sallaqxanaya aparan yol”

Fazil Mustafanın İqbal Ağazadəyə cavabı isə sərt olub. O, “facebook” hesabında “Sallaqxanaya aparan yol” başlıqlı yazısını paylaşıb:

"Siyasətin sallaqxana keçilərinin dalınca gedib boynunuzu iti bıçağın altına verməzdən öncə vaxtında sağlam mühakiməni dinləyin, bu gün sizlərə gerçəkləri aydınladan fikirləri ağlınızın süzgəcindən keçirmədən top-tüfənglə qarşılamaqla yenidən bütün Azərbaycana sıxıntıları və fəlakətləri gətirəcək yalançı qəhrəmanların cücərməsinə yardım edəcəksiniz. 

Həmin “qəhrəmanların” bir neçə nüsxəsi hazırda Qarabağdan gətirilib DTX-nın təcridxanasında saxlanılır. Saxta, populist qəhrəmanın erməni və ya azərbaycanlı olmasının nə fərqi var ki? Hər ikisinin əsəri eynidir: Cəmiyyəti sallaqxanaya istiqamətləndirmək!”

“Sülh quşu olmaqdansa...”

İqbal Ağazadə isə buna cavab olaraq “Sülh quşu olmaqdansa...” başlıqlı məqaləni öz sosial şəbəkə hesabında paylaşıb. Siyasətçi sözügedən məqalədə bunları yazıb:

“Təcrübəli partiya sədri... Əvvəla, sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar. Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür. Vanyanın da nə yuvanın quşu olduğunu bilirdik, o da bir neçə azərbaycanlı ilə birlikdə xalq diplomatiyası layihəsinin içində idi, sadəcə qrant alırdı.

Sizə nə düşüb?

Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan "Vanyan küçəsi" yazılıb? Düşündünüzmü, ayağını, qolunu itirən qazi "Vanyan küçəsi"ndə əlil arabasında gedir? Düşündünüzmü, övlad itirmiş ana, ata o küçədə necə yaşaya bilər? Düşündünüzmü, işgəncədən şəhid olmuş bir övladımızın doğması, ya da özü işgəncələrə məruz qalmış soydaşımız o küçədə necə gəzər? Yox, düşünmədiniz...”

“Saxtakarlıqla, yalançı milliyətçiliklə bəzənib”

Fazil Mustafa İqbal Ağazadənin fikirlərinə sosial şəbəkə hesabında cavab verib:

“"Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist Georgi Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək". Bu sözlər başıboş insanları manipulyasiya etmək istəyən təcrübəli siyasət adamı İqbal Ağazadənin yeni yazdığı məqaləsindən götürülüb. 

Heç şübhəsiz ki, burada son günlər Azərbaycanın haqlı davasını müdafiə etdiyinə və Ermənistanı işğalçı adlandırdığına görə müəmmalı şəkildə öldürülən George Vanyan haqqında fikirlərimizi nəzərdə tutub. Bəli, biz Azərbaycanın faydasına çalışmış hər kəsin haqqını verməliyik. Bunun rus, yəhudi və ya erməni olması fərq etməz. 

Bu cür saxtakarlıqla, yalançı milliyətçiliklə bəzənib bizim fikirlərə qarşı kampaniya aparanların ifşa olunacağını hamınız görəcəksiniz. Anlaşılacaq ki, əsl aşağılıq şəhid, qazi adını manipulyasiya edib, Qarabağ üzərindən süni vətənpərvərlik çağırışları edib, cəmiyyəti yanlış istiqamətə yönəltməkdir, insanlarımızın reallıq duyğusunu zədələməkdir”.

Kim haqlıdır?

Göründüyü kimi, bir-birlərinin ünvanına qarşılıqlı ittihamlar səsləndirən tərəflər öz fikirlərində qətidirlər. Təbii ki, həm İqbal Ağazadənin, həm də Fazil Mustafanın fikirlərində doğruluq payı var. Çünki Georgi Vanyan hələ münaqişənin davam etdiyi dönəmdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən fikirləri ilə öz həyatını təhlükəyə atmaq bahasına doğrunun yanında olub. 

Lakin istənilən halda o milliyyətcə ermənidir. Ermənilər tərəfindən xalqımıza vurulan yaralar isə hələ təzədir. Buna görə də şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarda erməni etnik kimliyinə sahib birinin adına küçə olması əks reaksiyaya səbəb ola bilər.

Qeyd edək ki, erməni hüquq müdafiəçisi Georgi Vanyan uzun illər boyunca öz soydaşlarını azərbaycanlılarla barışmağa, Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etməyə çağırıb. O, həmçinin Xocalı soyqırımını pisləyən ilk erməni olub. Bu səbəbdən radikal ermənilər tərəfindən təqib edilən Vanyan ölkəsini tərk edib, Gürcüstanda yaşamağa məcbur olub. O, 2021-ci il oktyabrın 15-də dünyasını dəyişib. Vanyanın koronavirusdan vəfat etdiyi bildirilsə də, onun zəhərlənərək öldürüldüyünü iddia edənlər də kifayət qədərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO