Aprelin 2-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirlərinin Şurasının iclası keçiriləcək.
Bizim.Media-nın məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, iclasının günəliyinə MDB çərçivəsində əməkdaşlığın əsas istiqamətləri daxil edilib:
“Nazirlər əməkdaşlığın perspektivlərini, hüquq-mühafizə orqanları və humanitar sahələrdə əlaqələri müzakirə edəcəklər. Böyük Vətən müharibəsinin (1941-1945 -red) başlanmasının 80-ci ildönümü ilə əlaqədar XİN başçıları MDB dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət layihəsinə baxacaqlar”.
Bizim.Media