Müxalifət liderlərindən Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə ETİRAZ 

Avropa Parlamenti növbəti dəfə ermənipərəst siyasət yürütdüyünü ortaya qoydu. Belə ki, Avropa Parlamenti dünən Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bunun məsuliyyətini daşıyanlara sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı münasibətlərinə yenidən baxmasına çağıran qətnamə qəbul edib. 

“İnsan haqlarının və beynəlxalq qanunun kobud şəkildə pozulduğu” və “əsassız hərbi hücumun” qeyd olunduğu qətnamənin lehinə 491 parlamentar səs verib, cəmi 9 nəfər əleyhinə çıxıb, 36 nəfər bitərəf qalıb.

Qətnamədə Parlament Azərbaycanın sentyabrın 19-da Qarabağda terrorçu ünsürlərə qarşı həyata keçirdiyi lokal antiterror əməliyyatı pislənilib, bunun guya beynəlxalq hüququn və insan hüquqlarının kobud şəkildə pozulması olduğunu bildirilib. Onlar hələ utanmadan öz arzuları ilə Qarabağı tərk edən ermənilərin gedişinin “etnik təmizləmə”yə bərabər olduğunu vurğulayıblar.

Qətnaməyə səs verənlər Qarabağda atəşkəsin və insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan azərbaycanlı rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. 

Parlament həmçinin Azərbaycanın beynəlxalq öhdəliklərini dəfələrlə pozduğunu əsas gətirərək, Avropa İttifaqını Azərbaycan ilə münasibətlərini, o cümlədən enerji sahəsində “strateji tərəfdaşlığını” yenidən nəzərdən keçirməyə, Azərbaycan qazından asılılığın azaldılmasına çağırıb. Sənəddə Azərbaycanın Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə həqiqi hörmət nümayiş etdirənə qədər yenilənmiş tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılmasına çağırılır.

Avropa Parlamentinin deputatları həmçinin vəziyyətə yerində nəzarət etmək üçün Qarabağda BMT-nin himayəsi altında beynəlxalq mövcudluğun yaradılmasının vacibliyindən dəm vurublar. 

Müxalifət nə düşünür?

Bizim.Media-ya açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev qeyd edib ki, sözügedən qətnaməni qəbul etməklə Avropa Parlamenti qərəzliliyini və ikiüzlü siyasət yürütdüyünü ortaya qoydu:


“Qarabağ məsələsinin həll edilməsilə burada öz mənafelərindən çıxış edən kənar dövlətlərin maraqları da sual altında qaldı. Nəticədə, Fransa başda olmaqla bir sıra Qərb dövlətləri regionda öz oyunlarını diktə etməyə çalışdılar. Bu da onların mövcud vəziyyətlə barışmaq istəmədiklərinin göstəricisidir. 

Avropa Parlamenti və digər bu kimi qurumlar Azərbaycan torpaqları 30 il işğal altında olan dövrdə bir dəfə də olsun Ermənistanı tənqid edən bəyanat vermədi. Bu mənada da Avropa Parlamentinin həmin qətnaməsi insanlığa, heç bir normaya sığmayan qeyri-obyektiv, qərəzli bir qətnamədir. 

Onlar maraqları təmin olunmayana qədər belə çirkin əməllərini davam etdirəcəklər. Amma bununla yanaşı bilməlidirlər ki, bu qətnamələrin Azərbaycan dövlətinə və xalqına heç bir aydiyyatı yoxdur. Verilən qətnamə də bir kağız parçasıdır”.  

Xalq Partiyasının sədri Pənah Hüseyn də sözügedən qətnaməni qərəzli addım kimi dəyərləndirib:

“Qərəzli bir qərardır. Təəssüf ki, Avropa ölkələrində xristian təəssübkeşliyi hökm sürür. Bu mənada verilən qərar da islamofob, türkfob, azərbaycanfob əhval-ruhiyyənin əksidir. Bu da bir reallıqdır. Azərbaycan bu məsələnin neytrallaşdırılması üçün diplomatik iş aparmalıdır. Amma qorxuya, xofa düşməyə də ehtiyac yoxdur. Çünki sözügedən qətnamə daha çox siyasi münasibət xarakteri daşıyır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

La Liqanın ƏN YAXŞI baş məşqçisi bəlli oldu

La Liqanın ƏN YAXŞI baş məşqçisi bəlli oldu

Toy kortejində QƏZA - Bu ölkədə azərbaycanlılar həlak oldu

Toy kortejində QƏZA - Bu ölkədə azərbaycanlılar həlak oldu

Bir qaşıq balın möcüzəvi FAYDALARI

Bir qaşıq balın möcüzəvi FAYDALARI

Rubio Kiyevin təhlükəsizlik zəmanətlərindən DANIŞDI: “Avropalılar ön xəttdə, ABŞ isə arxa cəbhədə”

Rubio Kiyevin təhlükəsizlik zəmanətlərindən DANIŞDI: “Avropalılar ön xəttdə, ABŞ isə arxa cəbhədə”

Nadir verilişdə AĞLADI: “Anam üçün darıxıram” - VİDEO

Nadir verilişdə AĞLADI: “Anam üçün darıxıram” - VİDEO

Bakının mərkəzindəki hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

Bakının mərkəzindəki hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

Dünya futbolunda transfer məbləği rekord həddə ÇATDI

Dünya futbolunda transfer məbləği rekord həddə ÇATDI

“Əgər müxalifətin KİV-ə çıxışı yoxdursa, bu, azad seçkilər deyil”, — Rubio

“Əgər müxalifətin KİV-ə çıxışı yoxdursa, bu, azad seçkilər deyil”, — Rubio

Polis yolda qalan sürücüyə belə kömək etdi - FOTO

Polis yolda qalan sürücüyə belə kömək etdi - FOTO

Elektron siqaretlər qadağan olundu - Ənənəvi siqaretdən istifadə artacaq?

Elektron siqaretlər qadağan olundu - Ənənəvi siqaretdən istifadə artacaq?

Gördüyümüz hər şey doğrudurmu? - Deepfake TƏHLÜKƏSİ

Gördüyümüz hər şey doğrudurmu? - Deepfake TƏHLÜKƏSİ

Alena Əliyeva ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafedə - FOTO

Alena Əliyeva ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafedə - FOTO

Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi OLA BİLƏR

Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi OLA BİLƏR

Kürdəmirdə ev yanıb - FOTO/VİDEO

Kürdəmirdə ev yanıb - FOTO/VİDEO

Alena Əliyeva Autizm Mərkəzini ziyarət etdi - FOTO

Alena Əliyeva Autizm Mərkəzini ziyarət etdi - FOTO

Əməkdar artist efirə çıxmamasının səbəbini AÇIQLADI - VİDEO

Əməkdar artist efirə çıxmamasının səbəbini AÇIQLADI - VİDEO

Peskov: “Əbu-Dabi danışıqları fevralın 1-də davam edəcək”

Peskov: “Əbu-Dabi danışıqları fevralın 1-də davam edəcək”

Məktəb psixoloqlarının NƏZƏRİNƏ

Məktəb psixoloqlarının NƏZƏRİNƏ

Premyer Liqa klubunun qapıçısı mövsümü BAŞA VURDU

Premyer Liqa klubunun qapıçısı mövsümü BAŞA VURDU

Göyçayda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

Göyçayda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

Bu bürc dünyanı xaosdan XİLAS EDƏCƏK

Bu bürc dünyanı xaosdan XİLAS EDƏCƏK

Tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirildi - FƏRMAN

Tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirildi - FƏRMAN

Aysel anasından danışıb AĞLADI - VİDEO

Aysel anasından danışıb AĞLADI - VİDEO

Yatırım etmək istəyənlərin DİQQƏTİNƏ – Pulunuzu bu sahələrə yatırsanız, UDUZMAZSINIZ

Yatırım etmək istəyənlərin DİQQƏTİNƏ – Pulunuzu bu sahələrə yatırsanız, UDUZMAZSINIZ

End of content

No more pages to load

RADİO