İcma: Avropa Parlamenti Azərbaycana qarşı səlib yürüşünü davam etdirir

“Biz Azərbaycana qarşı otuz ildən artıqdır ki, səlib yürüşünə çıxmış Avropa Parlamentinin 2023-cü il oktyabrın 5-də qəbul etdiyi növbəti Azərbaycanofob qətnaməsini sərt şəkildə qınayırıq”. 

Bizim.Media xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb. 

Bəyanatda bildirilir:

"Xatırladaq ki, hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti "Sovet Ermənistanında vəziyyət" adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına və bu ölkədə azərbaycanlılara qarşı törədilən insanlıq əleyhinə cinayətlərə dəstək ifadə etmişdi. 

Avropa Parlamenti sonuncu qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkiliyini davam etdirərək, Azərbaycanın daxili işlərinə qarışmış, onun ərazi bütövlüyünə və suverenliyinə qəsd edən yanaşma sərgiləmişdir.

Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinin reinteqrasiyası sahəsində tədbirlərini görməzdən gələn və onların bir qisminin Ermənistana getməsini “etnik təmizləmə” kimi qiymətləndirən ikiüzlü parlamentarilər nədənsə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalmasını görmək istəmirlər", - deyə bəyanatda qeyd olunub. 
Vurğulanıb ki, Avropa Parlamenti və bəzi dairələr üçün Qarabağ erməniləri reinteqrasiya olunmuş, bərabər hüquqlu Azərbaycan vətəndaşları kimi deyil, Azərbaycana qarşı məkrli siyasət üçün alət kimi lazımdır.

Hamıya məlumdur ki, Ermənistan hökuməti Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir.

Bundan əlavə, cəmi iki həftə əvvəl müəyyən qərb dairələrinin Azərbaycandan yerdəyişmə azadlığı müstəvisində Qarabağ ermənilərinin Ermənistana köçməsinə şərait yaratmağı tələb etməsi hələ yaddaşlardadır. 

Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran Avropa Parlamenti nədənsə eyni tələbi Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür. 

Diqqətə çatdırılıb ki, qətnamədə Avropa İttifaqının regionda “geosiyasi boşluğu” doldurmasına və Ermənistana hərbi dəstək göndərməsinə dair çağırışlar Avropa Parlamentinin neo-kolonialist zehniyyətindən və regionu qana çalxalamaq niyyətindən xəbər verir. Sənəddə Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasını öz ərazilərinə buraxmasına dair tələb məhz bu müstəmləkəçi məqsədə xidmət edir. 

Bütün bunlar bir daha sübut edir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, öz mənfur niyyətləri naminə bölgədə gərginliyi saxlamaq və onu daha da dərinləşdirməkdir. 

Biz Avropa Parlamentini qərəzli və təhlükəli yanaşmasından əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına və regionda reinteqrasiyaya və birgəyaşayışa əsaslanan davamlı sülhün bərqərar olunmasına dəstək verməyə çağırırıq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

End of content

No more pages to load

RADİO