Məsələlərə Azərbaycanofobiya əsasında yanaşılması Avropa İttifaqı üçün utancdır

"Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistan mediasına verdiyi müsahibəsində yer almış qərəzli mövqeyini, xüsusilə Azərbaycanın suveren ərazilərinə “uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi” kimi düşük fikirlərini kəskin şəkildə qınayır". 

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı açıqlamada yer alıb. 

Açıqlamada, həmçinin deyilir:

"T.Klaar və digər Avropa İttifaqı rəsmilərindən Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc, düşmən açıqlamalar verməməyi tələb edirik. Azərbaycanın suveren ərazilərinə hansısa missiyanın yerləşdirilməsi T.Klaar və ya digərlərinin səlahiyyətində və həddinə deyil.

İkili standartların bariz nümunəsi olan Avropa İttifaqının Azərbaycana mühazirə oxumaq üçün mənəvi əsası yoxdur. Qoy T.Klaar Avropa İttifaqının təsisatlarına etnik azlıqlarla problemlərin yaşandığı Avropa İttifaqı ölkələrinə və monoetnik Ermənistana uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi barədə tövsiyyələr versin. 

Müsahibəsində gen-bol erməni sakinlərin Qarabağa qayıtmasının, onların dini, mədəni abidələrinin mühafizəsinin vacibliyini vurğulayan T.Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından, Azərbaycan xalqının Ermənistandakı mədəni irsinin qorunmasından bəhs etməməsi, Xocalı cəlladlarının saxlanılmasından narahat olması riyakarlıqdır.
Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar 30 ildən çoxdur ki, öz vətənlərinə qayıdışı gözləyirlər. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Avropa İttifaqı bu məsələyə dair mövqeyini ictimai şəkildə bəyan etməyib. 

T.Klaar “Mənim üçün Dağlıq Qarabağ məsələsi bağlı deyil” sözləri ilə Xocalı cəlladı Serjik Sarqsyanın bu günlərdə verdiyi oxşar açıqlamasını xatırladır. Avropa İttifaqı rəsmisinin diqqətinə çatdırırıq ki, özünün suverenliyini bərpa etmiş Azərbaycan üçün Qarabağ məsələsi bağlıdır və digərləri üçün bu məsələnin hələ açıq qalması yalnız onların fantaziyasının məhsuludur. 

Məsələlərə etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya əsasında yanaşılması Avropa İttifaqı üçün utanc olmalıdır. 

Biz Avropa İttifaqından ayrı-seçkiliyə son verməyi, insanların ləyaqətləri və hüquqları etibarilə bərabərliyi prinsipinə hörmət etməyə və Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq mexanizm çərçivəsində, müvafiq təhlükəsizlik zəmanəti altında təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək verməyi tələb edirik". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

End of content

No more pages to load

RADİO