İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq İMZALADILAR 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar. 

Bizim.Media xəbər verir ki, nekroloqun mətnində deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Xoşbəxt Yusifzadə VƏFAT ETDİ 


"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat etmişdir. 

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakı şəhərinin Pirşağı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdır. 
Xoşbəxt Yusifzadə 1960-cı ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 

Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək “Dənizneft” Birliyində geoloji şöbə rəisinin müavini və “Azneft” İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963–1970-ci illərdə “Başdənizneft” İdarəsində şöbə rəisi, 1970–1992-ci illərdə isə “Xəzərdənizneft” Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 

Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti olmuş, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutmuşdur. 

Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır.

Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilmişdir. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul vəzifələrdə çalışarkən öz təşkilatçılıq bacarığı ilə ahəngdar şəkildə birləşdirirdi. 

Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınmışdır.

Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynamışdır. Xoşbəxt Yusifzadənin apardığı tədqiqatların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapmışdır.

Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirmiş, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğruldaraq, ona həmkarları arasında nüfuz qazandırmışdır. 
Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatları – “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. 

Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. 

Allah rəhmət eləsin! 

İlham Əliyev 

Mehriban Əliyeva 

Əli Əsədov 

Sahibə Qafarova 

Samir Nuriyev 

Eldar Əzizov 

Şahmar Mövsümov 

Fərəh Əliyeva 

Mikayıl Cabbarov 

Pərviz Şahbazov 

Emin Əmrullayev 

Rövşən Nəcəf 

İsa Həbibbəyli 

Akif Əlizadə 

İbrahim Quliyev". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Xamenei İranın qələbəsini ELAN ETDİ

Xamenei İranın qələbəsini ELAN ETDİ

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

Mart ayında yükdaşımalar ARTIB

Mart ayında yükdaşımalar ARTIB

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

End of content

No more pages to load

RADİO