Xankəndidə SÜKUT POZULDU – Atəşi açan ermənidir, əmri verən KİMDİR?

Ötən gün Xankəndidə yaşayan 7 erməni Azərbaycan vətəndaşlığı almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Rəqəm kiçik olsa da onun mahiyyəti və məzmunu çox böyükdür. Bu artıq siyasi oyunbazlıq deyil. Bu sırf xalq diplomatiyasıdır.

Nəhayət ki, Qarabağda 35 il ərzində erməni faşistlərinin və onların xarici havadarlarının girovuna çevrilən sadə ermənilər bütün hədə-qorxuları sinə gərib, bütün baryerləri dağıdaraq Azərbaycan xalqına sığınır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ ermənilərinə hansı iqtisadi güzəştlər TƏTBİQ OLUNACAQ?


Yəqin ki, yaxın günlərdə müraciət edənlərin sayı 4-5 rəqəmli ədədlərlə ifadə olunacaq. Bununla da qlobal güclərin Azərbaycan üzərində qurduğu bədnam oyun birdəfəlik və qəti şəkildə tarixin arxivinə atılacaq.

Bəs, bədnam qüvvələr öz məğlubiyyətləri ilə barışacaqmı?

Hadisələrin inkişafı göstərir ki, nə erməni faşistləri, nə də ki, onların ipini əlində saxlayan xarici qüvvələr məğlubiyyətləri ilə barışmaq fikrində deyillər. Məsələn, ötən gün erməni snayper Xankəndidə asayişi qoruyan Azərbaycan polisinə və Rusiya sülhməramlılarına atəş açıb.

Doğrudur, heç kim zərər görməyib. Lakin, bütün hallarda bu onu göstərir ki, bədnam qüvvələr dayanmaq fikrində deyillər. Onlar hər vasitə ilə reinteqrasiya prosesinə və Azərbaycanın suveren hüquqlarının bərpasına əngəl olmağa çalışır. 

Dəfələrlə demişik ki, bir sıra ölkələr Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Ona görə də həmin qüvvələr ən xırda detaldan istifadə edib, bölgədə separatizmi və müharibəni yenidən alovlandırmaq istəyirlər.

Hadisələrin indiki inkişafı göstərir ki, həm Xankəndidəki, həm də Ermənistandakı sadə insanlar siyasi mübarizələrdən, daxili çəkişmələrdən və qarşıdurmalardan beziblər. Ona görə də reinteqrasiya proseslərinə hər vasitə ilə töhfə verməyə çalışırlar. 

Bunu hər kəs öz bacardığı şəkildə edir. Kimi siyasi proseslərdən yan qaçır, kimisi açıq şəkildə fikirlərini ifadə edir, nicatın Azərbaycanla sülhdən keçdiyini deyir, kimisi də açıq şəkildə vətəndaşlıq üçün Azərbaycana müraciət edir. Halbuki, 5-10 il qabaq Azərbaycanla sülhdən danışanı erməni faşistləri düşmən elan edirdi. Artıq zaman dəyişib və hər kəs 35 illik lüzumsuz müharibə və mübarizədən qurtulmaq istəyir.

Bədnam qüvvələrin növbəti addımı nə ola bilər?

Ötən gün baş verən silahlı insident göstərdi ki, Ermənistanda olduğu kimi Xankəndidə də pozucu, təxribatçı qüvvələr var. Xaricdən maliyyələşən həmin fərdlər götürdükləri öhdəlik üçün yəqin ki, növbəti addımlara da cəhd edəcəklər.

Onlar hətta öz soydaşlarının qətliamına qədər gedə bilərlər. Tarixdə belə hallar çox olub. Vaxtilə Sumqayıtda “Krunk” təşkilatına yardım etməyən erməniləri qriqoryanlar öz mənzillərində qətl etdilər. Sonra da bunu azərbaycanlıların ayağına yazmağa çalışdılar. 

Eləcə də bir neçə gün əvvəl Xankəndidəki yanacaqdoldurma məntəqəsini partaladıb onlarla erməninin ölümünə fərman verənlər bu dəhşətli faciəni azərbaycanlıların üzərinə atmaq istədilər.

Yəqin ki, bundan sonra da hələ çox sayda erməni eybəcərliklərini görəcəyik. Çünki, erməni faşistləri və bir çox dövlətlər ermənilərin azərbaycanlılarla eyni ortamı bölüşməsini, sülh və mehriban qonşuluq şəraitində yaşamasını istəmir. 

Lakin, həmin bədnam qüvvələr bir məsələni unudurlar ki, son 30 ildə BMT-nin və ATƏT-in, o cümlədən ABŞ, Fransa və Rusiya kimi həmsədrlərin bacara bilmədiklərini Azərbaycan cəmi 44 gündə bacardı.

Eləcə də, son 35 ildə Sovet İmperiyasının və indiki dünya güclərinin Cənubi Qafqazda yarada bilmədiyi sülhə Azərbaycan 2 gündə nail oldu. Artıq bir çox ermənilər azərbaycanlılara düşmən kimi yox, mehriban qonşu, xeyirxah xalq kimi baxır. 
Ona görə də heç bir təxribat fayda verməyəcək. Ermənilərlə azərbaycanlıların eyni ortamı bölüşəcəyi gün uzaq deyil.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Xamenei İranın qələbəsini ELAN ETDİ

Xamenei İranın qələbəsini ELAN ETDİ

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

Mart ayında yükdaşımalar ARTIB

Mart ayında yükdaşımalar ARTIB

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO