Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq öz yerini tutub.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Uzatdığımız dostluq əlini tutan hər kəslə bu yolda ortaq maraqlar istiqamətində addımlamaqdan məmnun olarıq. Son vaxtlar bu istiqamətdə bir çox mühüm uğurlu addımlar atmışıq”, - deyə Ərdoğan vurğulayıb.
“Ölkəmizin ətrafında sülh və əmin-amanlıq zonası yaratmaq məqsədimizdə ciddi irəliləyişlər əldə etmişik. Regional inteqrasiya layihələri ilə əməkdaşlığımızı dərinləşdirməyə çalışdıq. Bunlara yenilərini əlavə etməyə hazırıq”, - deyə Türkiyə lideri əlavə edib.
Bizim.Media