Ceyhun Bayramov Putinin müşaviri ilə nəyi MÜZAKİRƏ ETDİ? - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib.
Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Nazir Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 10 milyon yarıma təmirsiz mənzil satılır - FOTO

Bakıda 10 milyon yarıma təmirsiz mənzil satılır - FOTO

Bu ərazilərdə işıqlar 2 saatlıq SÖNDÜRÜLƏCƏK

Bu ərazilərdə işıqlar 2 saatlıq SÖNDÜRÜLƏCƏK

Con Kerri SİRLƏRİ AÇDI – Netanyahu ABŞ-ın əvvəlki prezidentlərinə də eyni təklifi edibmiş... – VİDEO

Con Kerri SİRLƏRİ AÇDI – Netanyahu ABŞ-ın əvvəlki prezidentlərinə də eyni təklifi edibmiş... – VİDEO

Həftəsonu bu yolda monitorinq olacaq

Həftəsonu bu yolda monitorinq olacaq

Toral Bayramov “Qarabağ”dan GEDİR

Toral Bayramov “Qarabağ”dan GEDİR

Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT

Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT

Ata qızını incidən kürəkəninin bağırsağını partlatdı

Ata qızını incidən kürəkəninin bağırsağını partlatdı

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Sürücülük vəsiqələri ilə bağlı YENİLİK TƏSDİQLƏNDİ

Sürücülük vəsiqələri ilə bağlı YENİLİK TƏSDİQLƏNDİ

DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərdə - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərdə - FOTO

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Tramp ABŞ-a kömək etmək istəməyən ölkələri cəzalandırmaqla hədələdi

Tramp ABŞ-a kömək etmək istəməyən ölkələri cəzalandırmaqla hədələdi

İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır"

İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır"

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

End of content

No more pages to load

RADİO