Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyə sadiqdir"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu həftə Brüsseldə mətbuat konfransı keçirib.

Bizim.Media “EU Reporter”ə istinadən xəbər verir ki, o, rəsmi Bakının Cənubi Qafqazda sülh və sabitliyə sadiq olduğunu bildirib.

O qeyd edib ki, regionda sülhün təmin olunması üçün diplomatiya və əməkdaşlıq vacibdir.

Prezidentin köməkçisi konfrans iştirakçılarına Azərbaycanın ötən 30 il ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və bu məqsədə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla konstruktiv dialoq apardığını xatırladıb.

Rəsmi Bakının avropalı tərəfdaşlarla əməkdaşlığından da söz açan H.Hacıyev Azərbaycanın bu əməkdaşlığı genişləndirilməsi prosesinə sadiq qaldığına da söyləyib:

“Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda böyük maraqları var və Aİ-yə regionda sabitliyin və iqtisadi inkişafın təşviqində mühüm oyunçu kimi baxır. Azərbaycan Aİ ilə xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməkdə mühüm yol qət edib”.

Prezidentin köməkçisi regiondakı humanitar məsələlərə də diqqət çəkib.

“Azərbaycan Ermənistan işğalından azad edilmiş ərazilərə azərbaycanlı məcburi köçkünlərin qaytarılması və mədəni irs olan obyektlərin bərpası kimi məsələlərin həlli üçün beynəlxalq təşkilatlar və tərəfdaşlarla işləməyə hazırdır. Bu yanaşma regionda sülh və yenidənqurmaya yönələn qərarlılığı nümayiş etdirir”, - deyə o əlavə edib.

Mətbuat konfransında iqtisadi inkişaf məsələlərinə də toxunulub. H.Hacıyev regional əlaqə, ticarət və investisiyaların rolunu vurğulayaraq Azərbaycanın Cənubi Qafqaza iqtisadi mərkəz kimi baxmasından danışıb:

“Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəqliyyat infrastrukturuna dair iddialı planları onun bütün regionun iqtisadi çiçəklənməsinə diqqətini göstərir”.

Prezident köməkçisi son olaraq Cənubi Qafqazda sabit təhlükəsizlik mühitinin vacibliyindən danışıb:

“Azərbaycan öz təhlükəsizliyini gücləndirmək üçün addımlar atmaqla yanaşı, geniş regional təhlükəsizliyi də müdafiə edir. Regional təhlükəsizlik isə maraqlı tərəflərin əməkdaşlığını tələb edir. Sülhə sadiqlik, avropalı tərəfdaşlarla əməkdaşlıq, humanitar problemlərin həlli, iqtisadi inkişafın təşviqi və regional təhlükəsizliyin təmin edilməsi Azərbaycanın region üçün strategiyasının mühüm elementləridir. Azərbaycan Cənubi Qafqazın gələcəyinin formalaşmasında fəal rol oynamağa davam edir. Ölkəmizin sülh və əməkdaşlığa sadiqliyi hamı üçün daha sabit və çiçəklənən region vəd edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 10 milyon yarıma təmirsiz mənzil satılır - FOTO

Bakıda 10 milyon yarıma təmirsiz mənzil satılır - FOTO

Bu ərazilərdə işıqlar 2 saatlıq SÖNDÜRÜLƏCƏK

Bu ərazilərdə işıqlar 2 saatlıq SÖNDÜRÜLƏCƏK

Con Kerri SİRLƏRİ AÇDI – Netanyahu ABŞ-ın əvvəlki prezidentlərinə də eyni təklifi edibmiş... – VİDEO

Con Kerri SİRLƏRİ AÇDI – Netanyahu ABŞ-ın əvvəlki prezidentlərinə də eyni təklifi edibmiş... – VİDEO

Həftəsonu bu yolda monitorinq olacaq

Həftəsonu bu yolda monitorinq olacaq

Toral Bayramov “Qarabağ”dan GEDİR

Toral Bayramov “Qarabağ”dan GEDİR

Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT

Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT

Ata qızını incidən kürəkəninin bağırsağını partlatdı

Ata qızını incidən kürəkəninin bağırsağını partlatdı

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Bu müəllimlər də sertifikasiyaya CƏLB OLUNACAQ

Sürücülük vəsiqələri ilə bağlı YENİLİK TƏSDİQLƏNDİ

Sürücülük vəsiqələri ilə bağlı YENİLİK TƏSDİQLƏNDİ

DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərdə - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərdə - FOTO

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Tramp ABŞ-a kömək etmək istəməyən ölkələri cəzalandırmaqla hədələdi

Tramp ABŞ-a kömək etmək istəməyən ölkələri cəzalandırmaqla hədələdi

İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır"

İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır"

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

End of content

No more pages to load

RADİO