Prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycan Prezidenti və Birinci vitse-prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat etmişdir.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.

O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.


Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır.

Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak etmişdir.

Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.
Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır.

Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Ədalət Vəliyev

Fərəh Əliyeva

Adil Kərimli

Eldar Quliyev

Hicran Hüseynova

Əhliman Əmiraslanov

Eldar İbrahimov

Səməd Seyidov

Rafael Hüseynov

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağlara QAR YAĞACAQ - Sabahın havası

Dağlara QAR YAĞACAQ - Sabahın havası

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

End of content

No more pages to load

RADİO