İlham Əliyev Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub - FOTO

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına məsciddə görülən işlər barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Cəbrayıl Yaşayış Kompleksində – FOTO  


Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib.

İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.

Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.

Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağlara QAR YAĞACAQ - Sabahın havası

Dağlara QAR YAĞACAQ - Sabahın havası

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

End of content

No more pages to load

RADİO