Prezident Cəbrayıl Yaşayış Kompleksində – FOTO  

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. 

Bizim.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına tikinti işlərinin gedişi barədə məlumat verib. 

Qeyd olunub ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur.

Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək. 

Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq. 

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə eriləcək. Dövlət başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verilib. 

Qeyd olunub ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək. 
Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır. 

Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski təsdiqlədi: “Yaxın Şərqdə İran dronlarını məhv etmişik”

Zelenski təsdiqlədi: “Yaxın Şərqdə İran dronlarını məhv etmişik”

Dağlara QAR YAĞACAQ - Sabahın havası

Dağlara QAR YAĞACAQ - Sabahın havası

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

End of content

No more pages to load

RADİO