İlham Əliyev “Cahangirbəyli” Su Elektrik Stansiyasının AÇILIŞINDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb.
Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb.

Bildirildi ki, “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.

Prezident İlham Əliyevin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir.

Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.

Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir.

Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək.

Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib.

Dövlətimizin başçısı “Cahangirbəyli” Su Elektrik Stansiyasını işə salıb.

Qeyd edək ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, media və qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib.

İşğaldan azad edilən ərazilərdə bolsulu çaylar üzərində “AzərEnerji” tərəfindən tikilən və gələcəkdə inşa olunacaq 370 meqavat gücündə SES-lər say və güc baxımından ölkənin digər yerlərində fəaliyyət göstərən azsulu çayların üzərində yerləşən 1060 meqavat gücündə böyük SES-lərdən üç dəfə az olmasına baxmayaraq, daha çox enerji istehsal edəcək.
Çünki əsasən Azərbaycan ərazisində formalaşan bolsulu və iti axan dağ çayları üzərində tikilən yeni stansiyalar ölkənin digər yerlərindəki stansiyalardan fərqli olaraq, suyun azalan vaxtı da məhsuldar işləyir. Belə ki, avqust-sentyabr aylarında istehsal həcmi 25-30 faizə düşsə də, aprel-may aylarında 80 faizdən yuxarı olur və ilin bütün fəsillərində orta hesabla 40-42 faiz güclə çalışır. Digər yerlərdə isə bu göstərici 10-12 faizdir.

Beləliklə, işğaldan azad edilən ərazilərdə tam yeni tikilən 4 stansiyadan ibarət “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək.

Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynamaqla, Prezident İlham Əliyevin regionu “Yaşıl enerji” zonasına çevirməklə bağlı tapşırığının icrasına mühüm töhfədir. Silsilə SES layihəsi regionun enerji və iqtisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO