Prezident Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını ETDİ - FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. 

Bizim.Media xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. 

Qeyd edək ki, ölkəmizin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində Cəbrayıl şəhərində Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 19-da təməli qoyulan “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub. 

Bildirilib ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək.

Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.
Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə edilməsinə imkan yaradacaq.

Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək.Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Eyni zamanda, burada mühəndis–texniki heyətin effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları, vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub. 

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb. 
Məlumat verilib ki, 35/0,4 kilovoltluq “Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası olmaqla 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq. 

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir.

Binanın dam örtüyündə yaradılan “yaşıl enerji” mənbəyinin şəbəkəyə inteqrasiyası həyata keçirilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO