Şəhidlərimiz Pakistanda anıldı - FOTO

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi bu ölkədə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil edib, eləcə də “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatını keçirib.
 
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.
 
Tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, eləcə də bu ölkənin müxtəlif beyin mərkəzlərinin, universitetlərinin və KİV-lərinin nümayəndələri iştirak ediblər.
 
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan və Pakistan dövlət himnləri səsləndirilib.
 
Daha sonra 44 günlük Vətən Müharibəsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətlərini, Azərbaycan xalqının qələbə sevincini, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.
 
Tədbirdə səfir Xəzər Fərhadov çıxış edərək 44 günlük Vətən müharibəsindən söhbət açıb. Səfir Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu və ərazi bütövlüyümüzü təmin etdiyini diqqətə çatdırıb.

X.Fərhadov, müharibənin 2020-ci ildə başa çatmasına baxmayaraq son 3 il ərzində Ermənistan tərəfindən törədilmiş çoxsaylı təxribatlardan danışıb və 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayıb.
 Səfir, cari ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.

Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğunu bildirib.

Səfir həmçinin Azərbaycan tərəfindən bölgədə sülhün bərqərar edilməsi, Qarabağda yaşayan erməni əsilli azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyası barədə atdığı addımlarla bağlı məlumatları qonaqların diqqətinə çatdırıb. 

X.Fərhadov azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini xüsusi vurğulayaraq artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir, Pakistanın Azərbaycana istər Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə, istərsə də Vətən Müharibəsi dövründə göstərdiyi dəstəyi vurğulayaraq bu ölkənin Hökumətinə və xalqına təşəkkürünü ifadə edib.
 
Çıxışında Qərbi Azərbaycan İcmasından söz açan səfir, həmin İcmanın yaranma tarixindən və fəaliyyətindən bəhs edib.

İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulmasının siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlik olduğunu qeyd edib. İndiki Ermənistanda azərbaycanlılara məxsus olan tarixi və mədəni irsin, o cümlədən, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığını, yer adlarının dəyişdirildiyini, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkiliyin həyata keçirildiyini diqqətə çatdıraraq, azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslərin və onların əməllərinin Ermənistanda dövlət səviyyəsində şöhrətləndirildiyini vurğulayıb.
 
Həmçinin yurdlarından qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaradılmasının zəruriliyini və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin edilməli olduğunu diqqətə çatdırıb.
 
“Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatını edən səfir, həmin kitab haqqında geniş məlumatları qonaqların diqqətinə çatdırıb.
 
Tədbirdə çıxış edən Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud və Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik ediblər və şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Azərbaycan torpaqlarınını işğaldan azad edilməsinin təkcə Azərbaycanın deyil, həm də ədalətin və beynəlxalq hüququn qələbəsinin olduğunu diqqətə çatdırıblar.
 
Çıxışçılar Azərbaycana baş tutmuş səfərlərini xatırlayaraq, iki qardaş ölkə arasındakı səmimi münasibətlərdən danışıblar və Pakistanın daima Azərbaycanı bütün platformalarda dəstəkləyəcəyini qeyd ediblər.
 Tədbirin sonunda “Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabları qonaqlara təqdim olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

End of content

No more pages to load

RADİO