\"Azərbaycan dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir\" - Ombudsman

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldovanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının 25-ci ildönümünə həsr olunmuş “Müasir cəmiyyətlərdə mövcud olan yeni çağırışlar kontekstində insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Ombudsman Aparatından Bizim.Media-ya bildirilib ki, xarici ölkələrin ombudsmanlarının qatıldıqları tədbirdə “İnsan hüquqları və bərabərlik üzrə maarifləndirmə və təşviq dezinformasiya və propaqanda ilə mübarizə vasitəsi kimi” mövzusunda çıxış edən müvəkkil əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və təbliği istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib.

S.Əliyeva Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılmasında, milli qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirak etdiyini bildirib.
Eyni zamanda, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən, ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edilib.

Azərbaycanın regionda, eləcə də bütün dünyada dezinformasiyadan və propaqandadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayan ombudsman Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər aparılan nifrət siyasətinin sülhə ciddi təhdid yaratdığını və insan hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib.

Həmçinin Azərbaycana qarşı etnik nifrət zəminində aparılan siyasətinin nəticəsi olaraq Ermənistan hakimiyyətinin sosial mediada davamlı şəkildə xalqlar arasında düşmənçilik hissi aşılayan mənfi təbliğat kampaniyası apardığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ombudsman təsisatı tərəfindən Ermənistanın azərbaycanlılara qarşı etnik zəmində nifrəti təbliğ edən siyasətinin qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edilib, müvafiq beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara, xarici ölkələrin ombudsmanlarına, milli insan hüquqları təsisatlarına hesabat, müraciət və bəyanatların göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Yanvarın 29-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Yanvarın 29-da baş vermiş tarixi hadisələr

Braziliyalı futbolçu psixoloji gərginlikdən sonra vətənə QAYIDIR

Braziliyalı futbolçu psixoloji gərginlikdən sonra vətənə QAYIDIR

Bakıda dəm qazı yenə CAN ALDI

Bakıda dəm qazı yenə CAN ALDI

Ötən il kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 18,5 faiz ARTDI

Ötən il kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 18,5 faiz ARTDI

"Real" ərəblərdən futbolçu transfer EDƏ BİLƏR

"Real" ərəblərdən futbolçu transfer EDƏ BİLƏR

Bu dörd qida xərçəng riskini AZALDIR

Bu dörd qida xərçəng riskini AZALDIR

"Qarabağ" "Liverpul"a MƏĞLUB OLDU - VİDEO

"Qarabağ" "Liverpul"a MƏĞLUB OLDU - VİDEO

“Liverpul”dan 6-cı qol - VİDEO/YENİLƏNİB

“Liverpul”dan 6-cı qol - VİDEO/YENİLƏNİB

“Liverpul”-“Qarabağ” matçında ikinci hissə BAŞLADI - YENİLƏNİB

“Liverpul”-“Qarabağ” matçında ikinci hissə BAŞLADI - YENİLƏNİB

Cəlilabadda "Azərpoçt"un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO

Cəlilabadda "Azərpoçt"un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO

Britaniyalı səfir: “Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir” - FOTO

Britaniyalı səfir: “Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir” - FOTO

“Liverpul” - “Qarabağ” oyununda 2-ci qol VURULDU - VİDEO

“Liverpul” - “Qarabağ” oyununda 2-ci qol VURULDU - VİDEO

Çin Rusiyaya “Oreşnik” istehsalında kömək edir - KİV

Çin Rusiyaya “Oreşnik” istehsalında kömək edir - KİV

“Liverpul” hesabı açdı - VİDEO

“Liverpul” hesabı açdı - VİDEO

Nanə yeni görünüşünə irad bildirənlərə CAVAB VERDİ - VİDEO

Nanə yeni görünüşünə irad bildirənlərə CAVAB VERDİ - VİDEO

Tarixi matç BAŞLADI: “Qarabağ” “Liverpul”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Qarabağ” “Liverpul”a qarşı - VİDEO

Nobel prospektində ağır yol qəzası baş verdi - VİDEO

Nobel prospektində ağır yol qəzası baş verdi - VİDEO

“Qarabağ”ın heyəti “Liverpul”la oyun üçün STADİONDA - VİDEO

“Qarabağ”ın heyəti “Liverpul”la oyun üçün STADİONDA - VİDEO

İraqda prezident seçkiləri qeyri-müəyyən müddətə TƏXİRƏ SALINDI

İraqda prezident seçkiləri qeyri-müəyyən müddətə TƏXİRƏ SALINDI

Bəhram şərt qoydu: "Kəramətin kitablarını oxumayacam" - FOTO

Bəhram şərt qoydu: "Kəramətin kitablarını oxumayacam" - FOTO

“Liverpul” – “Qarabağ” matçının START HEYƏTLƏRİ

“Liverpul” – “Qarabağ” matçının START HEYƏTLƏRİ

“Ad günümdə Ədalətlə Könül Kərimova 2 min manat yazdırdılar” - VİDEO

“Ad günümdə Ədalətlə Könül Kərimova 2 min manat yazdırdılar” - VİDEO

Rusiya və Ukrayna “təkbətək” formatda görüş keçirəcək

Rusiya və Ukrayna “təkbətək” formatda görüş keçirəcək

“Qarabağ” azarkeşləri Liverpulda stadiona doğru yürüş edirlər - ANBAAN VİDEO

“Qarabağ” azarkeşləri Liverpulda stadiona doğru yürüş edirlər - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO