Ceyhun Bayramov: “Gələcəyə baxışımız sülh üzərində qurulub” - FOTO

27 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş anım tədbiri və qanvermə aksiyası keçirilib.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, anım tədbirində Xarici İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları, o cümlədən 44 günlük Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri iştirak edib.

Tədbir çərçivəsində, öncəliklə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, müasir tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın hərbi işğalına son qoyulduğunu, ərazi bütövlüyümüz ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qəhrəmanlıq salnaməsinin tariximizə qızıl hərflərlə həkk olunduğunu diqqətə çatdırıb.

Torpaqlarımızın işğal altına düşdüyü gündən bu faktla barışmayan ölkəmizin məsələnin sülh yolu ilə həllini tapması üçün daim çalışdığı, lakin Ermənistanın danışıqların imitasiyası ilə məşğul olduğu, habelə hərbi-siyasi təxribatlarını davam etdirdiyi diqqətə çatdırılıb.

Elə məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi dövründə də Ermənistanın öz təxribatlarını davam etdirdiyi, xalqımızın birliyi və həmrəyliyini pozmaq məqsədilə dəfələrlə mülki əhaliyə qarşı hücumlar və müharibə cinayətləri törədildiyi qeyd olunub.

Ceyhun Bayramov müharibənin və münaqişənin bitməsinə baxmayaraq, ölkəmizin 3 il bundan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdiyini bildirib.
Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.

Bundan sonra da ölkəmizin normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.

Bugünkü post-münaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, bu xüsusda onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.

Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı ilə ərsəyə gətirilən "BİZ" tarixi-sənədli filmi nümayiş olunub.

Anım tədbirindən sonra Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı, XİN rəhbərliyi və əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.
Daha sonra, Xarici İşlər Nazirliyinin rəhbər heyəti Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin tikildiyi ərazini ziyarət edib və ərazinin girişində xatirə daşının önünə gül dəstələri qoyublar.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağlara QAR YAĞACAQ - Sabahın havası

Dağlara QAR YAĞACAQ - Sabahın havası

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Bu avtomobillər də operativ nəqliyyat vasitəsi HESAB EDİLƏCƏK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqı ilə bağlı YENİLİK

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

Bakıda daha bir nəfər pəncərədən yıxılıb həyatını itirdi

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü – FOTO

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Konfrans Liqası: “Şaxtyor” və “Kristal Palas” qələbə qazandı

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Bir neçə gün əvvəl zəhərlənmişdi, dünyasını dəyişdi

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Sürüşmə təhlükəsinin yarandığı Bibiheybət yolunda SON DURUM – VİDEO

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Deputatdan TƏKLİF: “Nikah bağlanarkən narkoloji müayinə haqqında rəy də təqdim olunsun”

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

Durovdan SENSASİON İDDİA – “WhatsApp mesajlarınızı başqalarına ötürür”

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

“İçərişəhər”də aşınan divarın bərpasına xüsusi mütəxəssislər cəlb olundu - FOTO

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

Buraxılış imtahanlarının nəticələri BU TARİXDƏ açıqlanacaq – RƏSMİ

End of content

No more pages to load

RADİO