Prezident ABŞ nümayəndə heyətini QƏBUL ETDİ  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib ki, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələri və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsi də toplanmış silah və hərbi texnikaya baxıblar.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən Prezident İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezidenti İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

Söhbət zamanı bölgədə sabitliyin təmin edilməsi və yerli ermənilərlə dialoqun vacibliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Yanvarın 29-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Yanvarın 29-da baş vermiş tarixi hadisələr

Braziliyalı futbolçu psixoloji gərginlikdən sonra vətənə QAYIDIR

Braziliyalı futbolçu psixoloji gərginlikdən sonra vətənə QAYIDIR

Bakıda dəm qazı yenə CAN ALDI

Bakıda dəm qazı yenə CAN ALDI

Ötən il kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 18,5 faiz ARTDI

Ötən il kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 18,5 faiz ARTDI

"Real" ərəblərdən futbolçu transfer EDƏ BİLƏR

"Real" ərəblərdən futbolçu transfer EDƏ BİLƏR

Bu dörd qida xərçəng riskini AZALDIR

Bu dörd qida xərçəng riskini AZALDIR

"Qarabağ" "Liverpul"a MƏĞLUB OLDU - VİDEO

"Qarabağ" "Liverpul"a MƏĞLUB OLDU - VİDEO

“Liverpul”dan 6-cı qol - VİDEO/YENİLƏNİB

“Liverpul”dan 6-cı qol - VİDEO/YENİLƏNİB

“Liverpul”-“Qarabağ” matçında ikinci hissə BAŞLADI - YENİLƏNİB

“Liverpul”-“Qarabağ” matçında ikinci hissə BAŞLADI - YENİLƏNİB

Cəlilabadda "Azərpoçt"un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO

Cəlilabadda "Azərpoçt"un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO

Britaniyalı səfir: “Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir” - FOTO

Britaniyalı səfir: “Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir” - FOTO

“Liverpul” - “Qarabağ” oyununda 2-ci qol VURULDU - VİDEO

“Liverpul” - “Qarabağ” oyununda 2-ci qol VURULDU - VİDEO

Çin Rusiyaya “Oreşnik” istehsalında kömək edir - KİV

Çin Rusiyaya “Oreşnik” istehsalında kömək edir - KİV

“Liverpul” hesabı açdı - VİDEO

“Liverpul” hesabı açdı - VİDEO

Nanə yeni görünüşünə irad bildirənlərə CAVAB VERDİ - VİDEO

Nanə yeni görünüşünə irad bildirənlərə CAVAB VERDİ - VİDEO

Tarixi matç BAŞLADI: “Qarabağ” “Liverpul”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Qarabağ” “Liverpul”a qarşı - VİDEO

Nobel prospektində ağır yol qəzası baş verdi - VİDEO

Nobel prospektində ağır yol qəzası baş verdi - VİDEO

“Qarabağ”ın heyəti “Liverpul”la oyun üçün STADİONDA - VİDEO

“Qarabağ”ın heyəti “Liverpul”la oyun üçün STADİONDA - VİDEO

İraqda prezident seçkiləri qeyri-müəyyən müddətə TƏXİRƏ SALINDI

İraqda prezident seçkiləri qeyri-müəyyən müddətə TƏXİRƏ SALINDI

Bəhram şərt qoydu: "Kəramətin kitablarını oxumayacam" - FOTO

Bəhram şərt qoydu: "Kəramətin kitablarını oxumayacam" - FOTO

“Liverpul” – “Qarabağ” matçının START HEYƏTLƏRİ

“Liverpul” – “Qarabağ” matçının START HEYƏTLƏRİ

“Ad günümdə Ədalətlə Könül Kərimova 2 min manat yazdırdılar” - VİDEO

“Ad günümdə Ədalətlə Könül Kərimova 2 min manat yazdırdılar” - VİDEO

Rusiya və Ukrayna “təkbətək” formatda görüş keçirəcək

Rusiya və Ukrayna “təkbətək” formatda görüş keçirəcək

“Qarabağ” azarkeşləri Liverpulda stadiona doğru yürüş edirlər - ANBAAN VİDEO

“Qarabağ” azarkeşləri Liverpulda stadiona doğru yürüş edirlər - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO