Ermənistan Qarabağdan tam imtinaya hazırlaşır – Yeni xəbər var!

Ermənistanda erməni hərbi çağırışçıların "Artsax" (Qarabağ) ərazisinə göndərilməyəcəyi ilə bağlı rəsmi açıqlama son günlərin əsas müzakirə mövzularından birinə çevrilib.

Yayılan məlumata görə, "Artsax"ın təhlükəsizliyi Rusiya sülhməramlıları, yerli ermənilərdən yaradılacaq "ordu" və Ermənistandan olacaq könüllülər hesabına təmin olunacaq.

Bu nə deməkdir?

1. Ermənistanda cəmiyyəti yaxın zamanlarda atılacaq bir neçə ciddi addımlara hazırlama prosesinə start verilib:

- Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq addım-Azərbaycanla sülh müqaviləsinin imzalanması (bu addım Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir);

- Türkiyə ilə qarşılıqlı siyasi-diplomatik, iqtisadi-kommunikasiya əlaqələrinin qurulması (Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi);

- Azərbaycanla iqtisadi əlaqələrin, komunikasiya xətlərinin açılması (Rusiyadan qazın Azərbaycan vasitəsilə Ermənistana göndərilməsi sınaq testi kimi qəbul edilə bilər).

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qarabağda terror aktı hazırlayır


2. Qarabağ ərazisində yaşayan ermənilərə açıq mətnlə sizin təhlükəsizliyiniz və təminatınızın Ermənistan tərəfindən təmin olunması artıq mümkün deyil, bununla barışmaq məcburiyyətindəyik, siz də taleyinizlə barışın;

3. Ermənistan hərbi çağırışçısı məcburi şəkildə deyil, yalnız könüllülük əsasında Qarabağda xidmət keçə bilər. Bu fikrin əsas hədəfləri nədir?

- gənclər və əsgər valideynləri Paşinyanın elektoratına çevriləcək;

- Paşinyanın rəqiblərindən fərqli olaraq, barışdırıcı, inkişaf, inteqrasiya tərəfdarı obrazı daha da güclənək.

Zatən, 

- artıq ermənistanlı gənci zəncirlə də Qarabağa bağlasan qalmaz, zənciri qırıb qaçacaq;

- Qarabağlı dönmə erməniyə görə heç kim Azərbaycan əsgəri ilə üz-üzə gəlmək istəmir və gəlməyəcək.

4. "Artsax"ı unutmamışıq, sülhməramlılardan təminat alınıb və yerli ermənilərdən "ordu" təşkil olunacaq:

- əvvəla, Qarabağa deyilənlərin əksinə, 40, 50 min yox, təxminən 10, 12 min erməni qaytarılıb (sosial şəbəkələrin erməni seqmenti). Onların da təxminən yarısı aldadıldığını başa düşüb, heç bir təhlükəsizlik, sosial və kommunal təminatı olmadığını görüb geri, Ermənistana qayıdıb;

- ikincisi, 7, yaxud 8 min erməni özünə ordu qurmalı olacaq, həm də Vətən müharibəsində bunkerdən başını çıxara bilməyən Arutunyan, yaxud Balasanyanın rəhbərliyi altında (etiraf edək ki, kifayət qədər komik ssenaridir);

- sülhməramlılarla isə, kiminsə razılaşmasına ehtiyac yoxdur. Zatən, 10 noyabr bəyanatında qarant rolunda sülhməramlıların çıxış edəcəyi qeyd olunub və təhlükəsizliyin, sülhün təmini funksiyalara daxildir. Azərbaycan buna razılıq verib.

5. Rusiyaya qarşı açıq müharibənin elan olunması, paralel olaraq çoxsaylı və çoxistiqamətli sanksiyaların işə düşməsi, eyni zamanda Rusiyanı müxtəlif bölgələrdə (Suriya, Ukrayna, Moldova, Qafqaz) müharibəyə-bataqlığa çəkilməyə cəhdlərin artdığı bir vaxtda bu ölkə hava-su kimi ehtiyac duyduğu Türkiyə və Azərbaycanla münasibətlərin pozulmasına risk etməyəcək.
Beləliklə,

- Ağıllı, səbrli və ardıcıl siyasət nəticəsində Azərbaycan çox uğurla və sürətlə məqsədlərinə doğru irəliləyir;

- Ermənistanda mövcud hakimiyyət Azərbaycanın maraqlarına zidd və Azərbaycanın istəyindən kənar addım atmır, sadəcə olaraq, ata bilmir;

- Qarabağda insanların (azərbaycanlı, yaxud erməni icması, fərq etməz) təhlükəsizliyinin ünvanı hər keçən gün daha da netləşir - Azərbaycan;

- Mövcud reallıqları,  geosiyasi və geoiqtisadi vəziyyəti düzgün qiymətləndirən mövcud hakimiyyət Ermənistanın və erməni xalqının xilasının yalnız Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərindən asılı olduğunu, Qarabağın bu yolda böyük problem və Ermənistan üçün yük olduğunu dərk edir və addımlarını bu gerçəkləri nəzərə alaraq atmağa çalışır;

 

Hələ fevralın 25-də dərc edilən yazımda (yazının linki şərh bölümündə) qeyd edirdim ki, Paşinyan "İsgəndər" raketləri ilə bağlı fikirləri məqsədli şəkildə işlədib, nəbz yoxlanışı edir, tezliklə maraqlı addımların atılacağına şahidlik edəciyik. Növbədənkənar seçkilər, Qarabağdan imtina, Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqələr və s.


Proqnozlar:

- yaxın aylarda Qarabağ ərazisində qalmış Ermənistan ordusunun qalıqları tam şəkildə ərazilərimizdən çıxarılacaq;

- Ermənistan siyasi hakimiyyətinin rəqibləri, xüsusilə, hərbi müxalifət Paşinyan planının icrasına mane olmaq üçün müəyyən cəhdlər (Qarabağ ərazisində lokal toqquşmalar, terror addımları və s. Lakin, rəsmi Bakının 10 noyabrdan sonra Azərbaycan ərazilərində ələ keçirilmiş erməni terrorçularına yönəlik sərt və konkret mövqeyi bu addımlarda erməni tərəfini çəkindirəcək zəruri fon yaradır) edə bilərlər;

- Qarabağ ərazində yaşayan ermənilərin kommunal xidmətləri tezliklə Azərbaycan tərəfdən təmin olunacaq, Ermənistan tam imtinaya hazırlaşır;

- Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması və bu əlaqələrin Ermənistana gətirəcəyi dividentlər vədilə seçkilərə gedən Paşinyan qələbə əldə edəcək (mümkündür ki, Rusiyanın müdaxiləsi ilə Paşunyana təkbaşına hökümət qurmaq şansı verilməsin, amma, bütün halda, Paşinyanın rəqiblərinə qalib gələcəyi ehtimalı çox yüksəkdir);

- parlament seçkilərində üstünlük qazanan Paşinyan hakimiyyəti Ermənistanın rəsmi siyasətində 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn əhəmiyyətli dəyişiklərə gedəcək;

- Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələr qurulması üçün zəruri altyapı hazırlanacaq - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina olunacaq;

- Yaxın vaxtlarda Zəngəzur ərazisindən keçməklə Naxçıvana gedəcək dəmiryol və avtomobil yolunun təməli atılacaq;

- Azərbaycanın təşəbbüsü və rəhbərliyi altında bölgədə böyük layihələr həyata keçiriləcək ki, bu da inkişaf etməyə başlayan Ermənistan iqtisadiyyatını tamamilə Azərbaycandan asılı hala gətirəcək.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev, Bizim.Media üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

"Məni Merilin Monroya bənzədirlər"

"Məni Merilin Monroya bənzədirlər"

SON DƏQİQƏ: Tramp Putinlə telefonla danışdı - FOTO

SON DƏQİQƏ: Tramp Putinlə telefonla danışdı - FOTO

Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışdı

Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışdı

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

End of content

No more pages to load

RADİO