Ceyhun Bayramov Sergey Lavrovu antiterror tədbirləri barədə məlumatlandırıb - VİDEO

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

Bizim.Media xəbər verir ki, görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.  

Nazir Ceyhun Bayramov, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyası və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib. 

Nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən Qarabağ bölgəsində beynəlxalq hüquq və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq mövcudluğunu davam etdirən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülən antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.  
24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta post-münaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub.

Hazırda isə bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində tərəfimizdən əməli addımların atıldığı diqqətə çatdırılıb.  

Bu prosesə paralel olaraq, tərəfimizdən Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoqun irəlilədildiyi, bu xüsusda ötən gün Yevlax şəhərində Azərbaycan Hökuməti və yerli erməni sakinlərin nümayəndələri arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, bölgədə yaşayan dinc əhalinin ehtiyaclarının qarşılanması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılıb.  

Bu baxımdan, nazir Ceyhun Bayramov, antiterror tədbirlərinin həm bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, həm də erməni sakinlərin reinteqrasiyası baxımından görülən işlərin intensivliyini artıracağına inandığımızı, bundan sonra da qeyd olunan istiqamətlərdə səylərimizi davam etdirəcəyimizi bildirib.  

Görüşdə həmçinin, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

ADY taxıl daşımalarını artırıb – FOTO

ADY taxıl daşımalarını artırıb – FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏ – FOTO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏFOTO

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Elşən Heydərli vəzifəsindən azad edildi

Elşən Heydərli vəzifəsindən azad edildi

End of content

No more pages to load

RADİO