Ceyhun Bayramov BMT rəsmisini erməni sakinlərlə dialoqun bərpa edildiyi barədə MƏLUMATLANDIRIB - FOTO 

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Görüşdə, Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizlə UNAOC arasında mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan məmnunluqla bəhs edərək, bu xüsusda həyata keçirilmiş birgə layihələrin, o cümlədən Bakı prosesi çərçivəsində təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Müxtəlif beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihənin növbəti ildə də uğurla reallaşdırılacağına dair inam ifadə olunub. 

UNAOC-un Dostlar Qrupunun fəal üzvlərindən biri olan ölkəmizin bu platforma çərçivəsində əməkdaşlığa, xüsusilə tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində maarifləndirici tədbirlərin həyata keçirilməsinə dəstək göstərilməsinə hazır olduğu bildirilib. 

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində atılan addımlardan geniş bəhs olunub.
Xüsusilə, erməni sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən biri olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna tərəfimizdən aparılan antiterror tədbirləri nəticəsində son qoyulduğu, erməni sakinlərlə dialoqun bərpa edildiyi diqqətə çatdırılıb. 

Ali nümayəndə Migel Angel Moratinos, UNAOC-un öz multikulturalizm modeli ilə mədəniyyətlərarası dialoq üzrə nümunəvi ölkələrdən hesab olunan Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinin məmnunluq doğurduğu qeyd olunub. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

ADY taxıl daşımalarını artırıb – FOTO

ADY taxıl daşımalarını artırıb – FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏ – FOTO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏFOTO

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO