Ceyhun Bayramov TDT XİN başçılarını Qarabağdakı son vəziyyət barədə MƏLUMATLANDIRIB - FOTO 

Sentyabrın 22-də Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov görüşdə iştirakından məmnunluq duyaraq Nyu Yorkda Türk evində iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib. 

Nazir Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd edib, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirib. 

Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb.

Bu xüsusda, Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib cənab Kubaniçbek Ömüralıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 

Çıxışda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub. 

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. 

Çıxışda Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb. 
Nazir Ceyhun Bayramov regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib. 

Çıxışında Azərbaycan Ermənistan arasında sülh gündəliyi və normallaşma məsələlərinə toxunan nazir Ceyhun Bayramov son üç ildə aparılan danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın ziddiyyətli və destruktiv yanaşmasının Cənubi Qafqazda sülhü relsindən çıxardığını, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrini saxlayaraq yalnız 2020-ci il Üçtərəfli bəyanatını pozmadığını, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı və xarici havadarlarının köməyi ilə regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini diqqətə çatdırıb. 

Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib. 
Qeyd edilənlər xüsusunda, üzv ölkələri və mövcud türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə dayanmağın və güclü olmağın vacibliyi vurğulanıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Niki Minaj kimi dırnaqlarını uzadacaq? - VİDEO

Tramp Niki Minaj kimi dırnaqlarını uzadacaq? - VİDEO

“Papaya de, oyunçu alsın...” - Video

“Papaya de, oyunçu alsın...” - Video

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem

Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem

Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO

Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO

Pley-off "Qarabağ"a bu qədər qazanc gətirdi

Pley-off "Qarabağ"a bu qədər qazanc gətirdi

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...

MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...

Satıcı işlədiyi mağazada zəhərlənmədən VƏFAT ETDİ

Satıcı işlədiyi mağazada zəhərlənmədən VƏFAT ETDİ

Xoşqədəm: "Dəli şeytan deyir, dur get "Survivor"a" - FOTO

Xoşqədəm: "Dəli şeytan deyir, dur get "Survivor"a" - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Gəncədə 5 yaşlı qız qıcolmadan vəfat etdi

Gəncədə 5 yaşlı qız qıcolmadan vəfat etdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə TUTULDU

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə TUTULDU

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şəmşad Ağa anasının dəfn mərasimində iştirak edəcək - İcazə verildi

Şəmşad Ağa anasının dəfn mərasimində iştirak edəcək - İcazə verildi

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Rusiya güzəştə RAZILIQ VERDİ – Növbəti siyasi gediş, yoxsa sülh üçün SON ŞANS?

Rusiya güzəştə RAZILIQ VERDİ – Növbəti siyasi gediş, yoxsa sülh üçün SON ŞANS?

Bakıda istixanadan 50 minlik oğurluq: Evakuator çağıraraq... – VİDEO

Bakıda istixanadan 50 minlik oğurluq: Evakuator çağıraraq... – VİDEO

Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

Göyçay qəzasında xəsarət alanların SON DURUMU

Göyçay qəzasında xəsarət alanların SON DURUMU

Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI

Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

End of content

No more pages to load

RADİO