Hikmət Hacıyev BQXK-nın Bakı Ofisi ilə humanitar məsələləri müzakirə ETDİ

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşüb. 

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” platformasında paylaşımında qeyd edib. 

O, BQXK ilə görüşdə Azərbaycan tərəfinin dərman, qida və digər məhsulların Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün zəruri şərtləri təmin etdiyini və edəcəyinin diqqətə çatdırıldığını qeyd edib. 
“23 saat 51 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Beynəlxalq Humanitar Hüquqa ciddi əməl olunması və bütün vasitələrlə zərərin qarşısının alınması təqdir edilib. Ermənistan Baş nazirinin də etiraf etdiyi kimi, mülki şəxslərə zərər dəyməyib. Bununla bağlı Aİ, Fransa və Almaniya rəsmilərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır. 

BQXK ilə görüşdə bildirdik ki, dərman, ərzaq və digər malların BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək. 

Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır. 

Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. 

Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq. Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər. Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır. Biz BQXK-nın Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik. Biz həmçinin Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq. 

Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik. 

Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir. 

Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar. Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - Prezidentin köməkçisi qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

ADY taxıl daşımalarını artırıb – FOTO

ADY taxıl daşımalarını artırıb – FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏ – FOTO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏFOTO

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO