"Antiterror tədbirləri zamanı mülki əhali hədəf alınmayıb" - Ayxan Hacızadə 

“44 günlük müharibədən bu yana, son 3 il ərzində Azərbaycan dəfələrlə bildirib ki, ermənilər də daxil olmaqla bütün etnik qrupların qanunvericilik və konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib. 

O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: 

“Milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq”. 

A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib:

“Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub”. 

XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: 

“Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

ADY taxıl daşımalarını artırıb – FOTO

ADY taxıl daşımalarını artırıb – FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏ – FOTO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏFOTO

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Azərbaycanda ötən il nə qədər çay YIĞILIB? – Rəsmi AÇIQLAMA

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Elşən Heydərli vəzifəsindən azad edildi

Elşən Heydərli vəzifəsindən azad edildi

End of content

No more pages to load

RADİO