Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən avtomobil atəşə tutulub.
Məlumata görə, avtomobildə olan hərbçilər həlak olub. Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.
Bizim.Media