Azərbaycan və İran parlamentlərinin deputatları arasında görüş keçirilib - FOTO 

Sentyabrın 20-də Milli Məclisin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İran İslam Respublikası İslam Şurası Məclisinin üzvləri ilə görüşü keçirilib. 

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə İran nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin inkişafından söhbət açıb.

O, bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlara cavab olaraq, həyata keçirilən anti-terror tədbirləri barədə danışıb, bu tədbirlər nəticəsində şəhid olanlara rəhmət diləyib. 

Deputat ölkəmizin regionda sülhə, əmin-amanlığa önəm verdiyini, dövlətlər arasında dostluq münasibətlərinin inkişafında maraqlı olduğunu söyləyib.

O, İranla müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticari, logistika sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, xalqlarımızın eyni tarixə, dinə, mədəniyyətə malik olduğunu deyib. 

Ölkələrimizin parlamentləri arasındakı münasibətlərə toxunan Cavanşir Paşazadə bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən danışıb. 

İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov Azərbaycanla İran arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edib.

O, uzun illər ərzində azərbaycanlıların Ermənistandan deportasiya edildiyini, orada azərbaycanlılara aid tarixi, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.
Deputat rəhbərlik etdiyi icma tərəfindən bununla bağlı mötəbər beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığını, hazırda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası əsasında Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etmək istiqamətində addımların atıldığını bildirib. 

İran parlamentinin üzvləri Zahedi Mohəmməd Mehdi, xanım Paşayi Bəhram Məsumə, Əlizadə Əli səmimi görüşə görə təşəkkürlərini ifadə ediblər, Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərə malik olduğunu söyləyiblər.

Qonaqlar İranın Azərbaycanla müxtəlif sahələrdə daha sıx əməkdaşlığın inkişafında maraqlı olduğunu, iqtisadi sahədə əlaqələrin genişləndirilmləsi üçün geniş potensial imkanların mövcudluğunu qeyd ediblər. 

İranlı deputatlar ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək, Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıblar, öz ürək sözlərini söyləyiblər. 

Söhbət zamanı dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, parlamentlər arasında əlaqələrin inkişafı, bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Görüşdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həsəni Rıza, İranın Azərbaycandakı səfirliyinin təmsilçisi Ağayi Müsəvi Məliki və digər rəsmi şəxslər iştirak ediblər. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Xanımının geyiminə görə TRT-dən qovulub?

Xanımının geyiminə görə TRT-dən qovulub?

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

End of content

No more pages to load

RADİO