"Bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə dalğalanacaq” - DEPUTAT

“Üçrəngli müqəddəs bayrağımız artıq Xankəndidə, Xocalıda, Xocavənddə də dalğalanacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov musavat.com-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz, liderinin ətrafında sıx birləşən xalqımız növbəti Zəfərə imza atıb:

“Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı, yeni tarixi reallıqlar yaratdı. Bu, bir həqiqətdir və bütün dünya bu reallığı qəbul edir.

Amma eyni zamanda müharibə bitdikdən sonra post-müharibə dövrünün məsələlərini tənzimləmək lazım idi və bunlar çox mühüm məsələlər idi. Onların sırasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması strateji əhəmiyyətli məsələ idi. Çünki bu məsələ olmadan digər məsələlərin tənzimlənməsi qeyri-mümkün idi.

Azərbaycan 3 il ərzində danışıqlar prosesinə sadiq qaldı, Vaşinqtonda, Moskvada, Soçidə, Brüsseldə, Kişinyovda dəyirmi masa arxasında danışıqlar apardı, danışıqlar yolu ilə Azərbaycanın Qarabağda suveren hüquqlarını tam və qəti şəkildə bərqərar etmək istədi.
Lakin bu, mümkün olmadı, çünki Ermənistanın ali siyasi, hərbi rəhbəri fərqli, sistemli, ardıcıl hərbi təxribatlar yolunu seçdi və sentyabrın 19-da növbəti daha dəhşətli təxribatlar törətdi - 3 mülki şəxs və polis əməkdaşları mina partlayışı nəticəsində həlak oldu.

Belə olan vəziyyətdə artıq Azərbaycanın lokal antiterror tədbirlərə əl atmaması qeyri-mümkün idi. Ermənistanın bütün bu təxribatçı davranışı belə bir antiterror tədbirlərinin başladılmasını labüd etdi.

Azərbaycan son 3 il ərzində Ermənistana irəli sürdüyü, amma İrəvanın imtina etdiyi şərtləri bir gün, bir sutka ərzində Ermənistana, onun yaratdığı oyuncaq rejimə qəbul etdirdi.

Bu gün saat 13:00-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonundakı lokal antiterror tədbirlərini dayandırdı. Buna səbəb Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı qüvvələrinə məhz belə bir xahişi, müraciəti oldu. Azərbaycan bu müraciəti qəbul etdi, amma konkret şərtlər daxilində.

Həmin şərtlərdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni silahlı dəstələri silahı yerə qoyur, ağ bayraq qaldırır, tərk-silah olur, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazini tərk edir, erməni silahlı dəstələri isə özlərini buraxmış elan edir və onlara məxsus bütün silah-sursat, döyüş texnikası Azərbaycan tərəfinə təhvil verir.

Bu, sözün əsl mənasında tarixi əhəmiyyətli hadisədir. Biz tarixi günlər yaşayır və qürur hissi ilə bir daha vurğulayırıq ki, ona görə bəxtəvər xalqıq ki, bizim İlham Əliyev kimi dünya səviyyəli liderimiz, müzəffər Prezidentimiz var.

O Prezident ki, hələ Vətən müharibəsində qazandığı tarixi qələbə ilə adını dünyanın hərb tarixinə əbədi həkk etdi və bu gün də bütün dünyanın yenidən Azərbaycana qarşı çox böyük ehtiram və hörmətlə yanaşmasını təmin etdi”.

Deputat vurğulayıb ki, Azərbaycanın apardığı antiterror tədbirləri həm də beynəlxalq terrorizmə qarşı mübarizə prosesinin tərkib hissəsidir:

“Çünki terroristlər arasında çox sıx əlaqə var. Bu gün Qarabağda erməni terrorizminə qarşı aparılan mübarizə və bu mübarizədən əldə edilən tam, qəti qələbə beynəlxalq terrorizmə qarşı mübarizə prosesinə böyük töhfə vermək deməkdir.
Ona görə də biz hamımız sevinc, qürur içərisindəyik. Alqış yenilməz Ordumuza! Xalqımızla qürur duyuruq. Bu gün lider ətrafında birləşən xalqımız və onun oğulları növbəti tarixi zəfərə imza atdı. Artıq bu gün qürur hissi ilə qeyd edə bilərik ki, bizim üçrəngli müqəddəs bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə və digər ərazilərimizdə dalğalanacaq. Bu anları yaşamağın özü böyük xoşbəxtlikdir!”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Xanımının geyiminə görə TRT-dən qovulub?

Xanımının geyiminə görə TRT-dən qovulub?

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

End of content

No more pages to load

RADİO