Azərbaycan separatçılara Bakıya gətiriləcək cinayətkarların siyahısını təqdim edib.
Bizim.Media xəbər verir ki, bu iddia Ermənistanın "Hraparak" qəzetində yer alıb.
Mənbə yazır ki, bu gün Azərbaycan tərəfi Bakıya gətiriləcək şəxslərin (cinayətkarları nəzərdə tutur) adlarının siyahısını Qarabağdakı separatçılara verib.
Qeyd olunur ki, siyahıda Qarabağdakı keçmiş separatçı liderlərin, Azərbaycan ərazisində separatizmdə fəal iştirak etmiş şəxslərin, o cümlədən Birinci və İkinci Qarabağ döyüşləri zamanı Azərbaycan ordusuna və mülki əhaliyə qarşı vəhşiliklər və ağır cinayətlər törətmiş şəxslərin adları yer alıb.
Bizim.Media