“Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı dərhal yerə qoymağa və təslim olmağa çağırırıq. Biz bu çağırışı həm də çap vərəqlərində hazırlamışıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə qeyd edib.
Onun sözlərinə görə iki müxtəlif tərtibdə hazırlanan müraciət vərəqələri Qarabağda yaşayan mülki sakinlərə, eyni zamanda da Ermənistan silahlı birləşmələrinin üzvlərinə paylanılır:
“Bizim hərbi qulluqçularımız bu vərəqləri mümkün qədər ərazilərdə olan həm silahlılara, həm də mülki əhaliyə müxtəlif, eləcə də səsgücləndiricilər vasitəsilə çatdırmağa çalışırlar”.
Bizim.Media