Azərbaycan Ombudsmanı ermənilərin Xocavənddəki terrorunu PİSLƏDİ

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib.

Bizim.Media xəbər verir ki, S.Əliyeva bildirib ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir.

Qeyd olunub ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlamışdır.
Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamışdır. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və Nazirliyin dörd əməkdaşı həlak olub.

Ombudsman vurğulayıb ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Bildirilib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir.

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mülki şəxslərin həyatını itirməsinə səbəb olan, regionda sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Levandovski “Milan”a keçə BİLƏR

Levandovski “Milan”a keçə BİLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

End of content

No more pages to load

RADİO