Azərbaycan XİN ermənilərin Xocavənddə törətdiyi terror aktı ilə bağlı MƏLUMAT YAYDI 

19 senyabr 2023-cü il tarixində 1 ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xocavənd rayonunda yük maşını minaya düşdü - 2 nəfər öldü


Vurğulanıb ki, eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar: 

"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! 

Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. 

Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır.

Bununla yanaşı, bu təxribatların məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır. 
Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalda 2 oğru qadın tutuldu

Yasamalda 2 oğru qadın tutuldu

AQTA-dan bu şirkətlərə XƏBƏRDARLIQ – Belə hallara yol verilsə...

AQTA-dan bu şirkətlərə XƏBƏRDARLIQ – Belə hallara yol verilsə...

Kamran Əliyev onu hərbi prokuror təyin etdi

Kamran Əliyev onu hərbi prokuror təyin etdi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi - FOTO

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi - FOTO

Tramvay “28 Mall”un qabağından keçəcək

Tramvay “28 Mall”un qabağından keçəcək

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!

Baş nazirdən fövqəladə vəziyyətlə bağlı QƏRAR

Baş nazirdən fövqəladə vəziyyətlə bağlı QƏRAR

Lənkəranda Xəzər dənizi geri çəkildi – Görün suyun altından nə çıxdı?

Lənkəranda Xəzər dənizi geri çəkildi – Görün suyun altından nə çıxdı?

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

“Qarabağ”ın futbolçularına bu qədər mükafat VERİLƏCƏK

“Qarabağ”ın futbolçularına bu qədər mükafat VERİLƏCƏK

Azərbaycanda hotellərin 75 faizi BOŞDUR - Səbəb qiymətdir, yoxsa xidmət keyfiyyəti?

Azərbaycanda hotellərin 75 faizi BOŞDUR - Səbəb qiymətdir, yoxsa xidmət keyfiyyəti?

Nikol Paşinyan: “"Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır”

Nikol Paşinyan: “"Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır”

Avropa Liqası: “Fənərbağça” Rumıniya səfərində

Avropa Liqası: “Fənərbağça” Rumıniya səfərində

Bakının bu prospektində yol hərəkəti yenidən təşkil ediləcək – FOTO

Bakının bu prospektində yol hərəkəti yenidən təşkil ediləcək – FOTO

18 yaşlı Aidənin öldüyü hadisənin görüntüləri - Video

18 yaşlı Aidənin öldüyü hadisənin görüntüləri - Video

Masallıda üçəm dünyaya gəldi – FOTO

Masallıda üçəm dünyaya gəldi – FOTO

Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi - VİDEO

Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi - VİDEO

Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Dünyanın sonu bir addım da yaxınlaşdı – “Qiyamət günü” ilə bağlı SENSASİON XƏBƏRDARLIQ

Dünyanın sonu bir addım da yaxınlaşdı – “Qiyamət günü” ilə bağlı SENSASİON XƏBƏRDARLIQ

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ meyit mübadiləsi - FOTO

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ meyit mübadiləsi - FOTO

Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

Pensiya alanlara şad xəbər: Gələn həftə...

Pensiya alanlara şad xəbər: Gələn həftə...

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

End of content

No more pages to load

RADİO