Prezidentin köməkçisi Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Xocavənddəki terror aktını pisləməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.
“Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Bu gün Ermənistan silahlı qüvvələrinin Füzuli-Şuşa avtomobil yolunda qəsdən yerləşdirdiyi güclü partlayıcıya malik minanın partlaması nəticəsində Azərbaycan Yol Tikinti İdarəsinin iki mülki əməkdaşı həlak olub.
10 noyabr 2020-ci il tarixindən indiyədək mina qurbanlarının ümumi sayı 308-ə çatıb.
Ermənistan tərəfi bu cür hərəkətləri ilə qorxu salmağa, azərbaycanlı mülki vətəndaşları qətlə yetirməyə, keçmiş məcburi köçkünlərin geri qayıtmasının qarşısını almağa çalışır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir!”, - deyə Hikmət Hacıyev qeyd edib.
Bizim.Media