ABŞ-dan Qarabağla bağlı TƏXRİBAT – Ağ Ev daxili işlərimizə niyə QARIŞIR?

Dünən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycanın daxili işlərinə müdaxilə edən açıqlamalarla çıxış edib.

O, Birləşmiş Ştatlar Laçın dəhlizinin “indi açılmalı olduğunu” və danışıqlar aparıla bilməyəcəyini, eyni zamanda ABŞ-ın Dağlıq Qarabağ ermənilərinin etnik təmizləməsinə dözməyəcəyini bildirib:

“Laçın yolu indi açılmalıdır. Digər marşrutlar da açıla bilər, lakin Laçın yolu açılmalıdır, bu, müzakirə edilə bilməz. Biz status-kvonu tamamilə qəbuledilməz hesab edirik. Qətnamə əldə etməyincə işi dayandırmayacağıq. Biz ardıcıl olaraq deyirik ki, o dəhliz kommersiya, humanitar və şəxsi daşımalara açılmalıdır. Biz bu mesajı həm açıq, həm də özəl şəkildə Azərbaycan hökumətinin bütün səviyyələrinə dəfələrlə çatdırmışıq. Qida, dərman, körpə formulası və enerjiyə çıxış heç vaxt girov tutulmamalıdır”.

Görəsən, Vaşinqton nəyə əsasən Azərbaycanın daxili işlərinə müdaxilə edir? 

Bizim.Media-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirir ki, ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi beynəlxalq hüququ ayaq altına atmaq deməkdir: 

“Azərbaycanla bağlı verilən bu bəyanat bütün dəyərlərin kökündən pozulması deməkdir. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı. Amma həmin dövrdə ABŞ bir dəfə də olsun işğalçıya qarşı çıxış etmədi. Vaşinqton Ukrayna məsələsinə görə, Rusiyanı işğalçı hesab edir. Düz edir. Amma digər işğalçı olan Ermənistanı isə dəstəkləyir, ona maliyyə yardımı edir. ABŞ bununla səmimi olmadığını ortaya qoyur”. 

Niyaməddin Orduxanlının fikrincə, ABŞ Qarabağda yenidən müharibənin olmamasını istəyirsə, burada yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyası prosesinə dəstək verməlidir:

“Laçın Azərbaycan ərazisidir. Azərbaycan onunla bağlı hər hansı bir qərar verməkdə tam azaddır. Bu onun müstəqil hüququdur. Ermənistandan Qarabağdakı terrorçulara gizli yollarla silah-sursat daşınır. Belə olan halda ABŞ-ın Laçın dəhlizilə bağlı hay-küyü onun terrorçuları dəstəklədiyinin göstəricisidir. 

ABŞ 1992-ci ildə Azərbaycana “907-ci düzəlişi” tətbiq etdi. Onlar bununla işğala məruz qalan ölkəyə sanksiya tətbiq etdilər. İşğalçı isə kənarda qaldı. Bu da dünyada anoloqu olmayan haldır. Tarixin ən layəqətsiz səhifəsi idi ki, onu da Amerika yaratdı. ABŞ indi də anlamır ki, ərazi bütövlüyünün bərpası üçün Azərbaycan xalqı hər cür fədakarlığa hazırdır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

End of content

No more pages to load

RADİO