Rəsmi Bakı Blinkenin köməkçisinin iddialarına CAVAB VERDİ 

"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin səsləndirdiyi, ümumiyyətlə post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqları əks etdirməyən fikirləri isə sadəcə məyusluq doğurur". 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair şərhində deyilir. 

XİN rəsmisi qeyd edib ki, ilk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur: 

“Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir. 

Bu fikirlər, 1 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil etməklə yanaşı, təəssüf ki, özündə Ermənistanın Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyasının elementlərini ehtiva edir.

ABŞ tərəfinin də vasitəçiliyi ilə icra edilməsi nəzərdə tutulan bu razılaşmanın Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən pozulması və bununla “blokada və humanitar vəziyyət” ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur. 
Ermənistan və Azərbaycan arasında müharibənin bitmədiyini iddia edən xanım Kimə xatırlatmaq istərdik ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonra tərəfimizdən hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif edilib. Azərbaycanın təşəbbüsü ilə başlayan, beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi ətrafında ikitərəfli danışıqlar prosesinin mövcudluğu post-müharibə və post-münaqişə dövrünün təməl prosesidir. 

Təəssüf ki, müharibə və münaqişə bitsə də, bitməyən və bölgədə sülh və sabitliyə əngəl törədən Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır. Bu baxımdan, 30 illik münaqişədən sonra yaranmış tarixi fürsətin danılması yerinə, Ermənistanın törətdiyi təxribatların dayandırılmasının, ən əsası isə Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizi dərhal tərk etməsinin tələb olunmasının vacib və ədalətli olduğuna inanır və ABŞ tərəfini bu mövqedən çıxış etməyə çağırırıq. 

Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə zidddir.
Eyni zamanda, bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən Azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir.

Hal-hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik. 

“Hərbi hücum” iddiası ilə bağlı isə Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etmədiyini vurğulayaraq, əksinə milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü, bu istiqamətdə Ermənistan və onun qondarma qurumu tərəfindən törədilən maneələrə baxmayaraq, qərarlı olduğumuzu bildiririk. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır. qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”

Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”

Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

Mateus Silva “Qarabağ”dan AYRILA BİLƏR

Mateus Silva “Qarabağ”dan AYRILA BİLƏR

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO

Kərim Benzema “Əl-İttihad”dan ayrılmaq istəyir

Kərim Benzema “Əl-İttihad”dan ayrılmaq istəyir

Tural Feyzullayev Mərkəzi Bankın baş direktoru TƏYİN EDİLDİ

Tural Feyzullayev Mərkəzi Bankın baş direktoru TƏYİN EDİLDİ

Ötən il əlilliyi olan neçə nəfər işlə təmin edilib?

Ötən il əlilliyi olan neçə nəfər işlə təmin edilib?

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Prezidentin “general-mayor” rütbəsi verdiyi gömrükçülər kimdir? – DOSYE

Prezidentin “general-mayor” rütbəsi verdiyi gömrükçülər kimdir? – DOSYE

Kəmalə Ağazadə xəstəxanadan EVƏ buraxıldı

Kəmalə Ağazadə xəstəxanadan EVƏ buraxıldı

Gömrük Komitəsinin üç əməkdaşına "general-mayor" rütbəsi VERİLDİ – ADLAR

Gömrük Komitəsinin üç əməkdaşına "general-mayor" rütbəsi VERİLDİ – ADLAR

Prezidentdən Şahin Bağırovla bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Bağırovla bağlı SƏRƏNCAM

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

Şahbuzda minik avtomobili qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı

Şahbuzda minik avtomobili qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı

"Barselona" və "Çelsi"dən "Qarabağ"la bağlı PAYLAŞIM – FOTO

"Barselona" və "Çelsi"dən "Qarabağ"la bağlı PAYLAŞIM – FOTO

Fuad Nağıyev bu idarəyə xanım rəis TƏYİN ETDİ

Fuad Nağıyev bu idarəyə xanım rəis TƏYİN ETDİ

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Yasamalda 2 oğru qadın tutuldu

Yasamalda 2 oğru qadın tutuldu

End of content

No more pages to load

RADİO