“İşğal zamanı ərazilərimiz terrorçuların hazırlanması üçün istifadə edilib” - Prezident 

Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb. 

Dövlət başçısı qeyd edib ki, 2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan digər çağırışlarla qarşılaşıb.

Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, bütün mədəni və dini abidələr dağıdılıb, məscidlər təhqir olunub, qarət edilib. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4 minə yaxın insan itkin düşüb ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir.

Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırıb, urbisid, kultursid və ekosid cinayətləri törədib. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlayıb. 
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzvü olduğu ilk təşkilatlardan birinin də İqtisadi Əməkdaşlıq Təşkilatı olduğunu qeyd edən Prezident İlham Əliyev İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızın beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf etməsini sevindirici hal adlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Poqba Argentina klubuna KEÇİR

Poqba Argentina klubuna KEÇİR

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

ABŞ və Meksika münaqişəyə SON QOYUR

ABŞ və Meksika münaqişəyə SON QOYUR

Çempionlar Liqasında həftənin ən yaxşısı MƏLUM OLDU

Çempionlar Liqasında həftənin ən yaxşısı MƏLUM OLDU

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olundu - FOTO

Bacısının sözlərini inkar etdi - VİDEO

Bacısının sözlərini inkar etdi - VİDEO

İran Almaniyaya NOTA VERDİ

İran Almaniyaya NOTA VERDİ

Tərəvəzlər kəskin UCUZLAŞDI – QİYMƏTLƏR

Tərəvəzlər kəskin UCUZLAŞDI – QİYMƏTLƏR

“Lənkəran” “Ordu”ya MƏĞLUB OLDU

“Lənkəran” “Ordu”ya MƏĞLUB OLDU

Yeməkdən dərhal sonra bunları ETMƏYİN - Doğru bildiyimiz yanlışlar

Yeməkdən dərhal sonra bunları ETMƏYİN - Doğru bildiyimiz yanlışlar

Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

“Yaxın Şərqə yeni müharibə lazım deyil” - Kaya Kallas

“Yaxın Şərqə yeni müharibə lazım deyil” - Kaya Kallas

“Aston Villa”nın müdafiəçisi “Beşiktaş”da

“Aston Villa”nın müdafiəçisi “Beşiktaş”da

End of content

No more pages to load

RADİO