İbrahim Tellioğlu: “Qarabağ problemi həm cəbhədə, həm də masada həllini tapıb” – ÖZƏL  

“Qarabağ problemi həm cəbhədə, həm də masada həllini tapıb. Cəbhədə Azərbaycan ordusu qalib gəlib. Danışıqlar masasında da Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıqlayıb. Bu həftə Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları da bunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq Paşinyanın dəyişkən fikirləri bölgədəki hərbi və siyasi qeyri-sabitliyi daha da qızışdırır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında türkiyəli tarixçi, professor İbrahim Tellioğlu səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan son “kozır”ını OYNADI – Nikolu Kremlin, yoxsa dar ağacının KÖLGƏSİ GÖZLƏYİR?


Paşinyanın qeyri-müəyyən davranışlarının ən çox erməni xalqına zərər verdiyinə diqqət çəkən Tellioğlu, İrəvanın hər bir təxribatına layiqli cavab veriləcəyini bildirib:

“Paşinyan verdiyi sözləri tutmamaqda israrlıdır. Bu gün hər kəs qəbul edir ki, həmin ərazilər (red. Qarabağ) Azərbaycanındır. Belə olan halda orada görüləcək bütün işlər də Azərbaycana aiddir. Açılacaq yeni yollar da, Azərbaycan nəzarətində olacaq. Ağdam-Xankəndi yolu alternativ yol kimi açılıbsa, sadəcə o yol üzərindən Qarabağla (red. Xankəndi) əlaqə qurula bilər. Buna ediləcək hansısa müdaxilə, bir ölkənin torpaqlarına xaricdən müdaxilə deməkdir.

Paşinyan atdığı imzaları heçə sayaraq bölgədə hərbi gərginliyi artırır. Lakin ermənilər bir şeyi unudurlar. Eyni şeyləri təkrar edə-edə fərqli nəticə almaq mümkün deyil. Bundan sonra Ermənistanın bölgədə təxribatlar yaradaraq Azərbaycana qarşı üstünlük əldə etməsi mümkün deyil. Azərbaycan ordusu hər ehtimalda Vətən torpağını qoruya biləcək və erməni əməllərini dəf edəcək gücdədir. Bunu Ermənistan da bilir”, - deyə politoloq qeyd edib.

Ermənistanın 44 günlük müharibədən sonrakı davranışlarından region ölkələrinin bir çoxunun narazı olduğunu bildirən İbrahim Tellioğlu, Paşinyanın Rusiyaya qarşı yeni müttəfiq axtarışında olduğunu deyib:

“Paşinyanın qeyri-müəyyən açıqlamaları və hərəkətləri yalnız Azərbaycanı deyil, Rusiyanı da narahat edir. Çünki üçtərəfli bəyanatın təminatçısı Rusiya, Putindir. Ermənistan belə davranaraq həm də Rusiyaya mesajlar vermək istəyir. Xüsusilə də, Paşinyan Rusiyanı KTMT-dən ayrılmaqla təhdid edir. 

Onlar KTMT-dən ayrıldıqları zaman yeni müttəfiq axtarışında olacaqlar. Əgər bu, ABŞ olacaqsa, Qafqazdakı qeyri-sabitlik daha da artacaq. Ukrayna məsələsindən də göründüyü kimi, Rusiya NATO və Qərbin sərhədlərinə yaxınlaşmasından olduqca narahatdır. Rusiya bütün bunlara qarşı sərt tədbirlər görməkdən çəkinmir. 

Bunları nəzərə aldığımız zaman Ermənistan-ABŞ hərbi təlimlərinin kimə gözdağı verdiyini görmək mümkündür. Lakin bir reallıq da var. Vəziyyətdən ən zərərli çıxan Ermənistan olacaq. Ermənistan xarici siyasətdə yeni yol axtarışındadır. Lakin bunu okeanın o tayındakı güclərin hesabına etmək istəyirsə, Ermənistanın qonşuları lazım olan tədbirləri görəcəklər. 

Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırıb, Rusiya ilə də sülh içərisində yaşamaqdır. Əks təqdirdə baş verənlər Ermənistan daxilində böyük xaosa yol açar, həm də Qafqazda axtardığı sülhü yox etmiş olar.

Paşinyan ölkəsinin inkişafı üçün Türkiyə və Azərbaycanla yaxşı keçinməlidir. Rusiyaya da verdiyi sözləri tutaraq, dostluq münasibətlərini davam etdirməlidir. 

Xaricdəki erməni lobbiləri hər zaman Ermənistanı dəstəkləyə bilməyəcək. Ermənistan hər zaman qonşu ölkələrin dəstəyinə ehtiyac duyacaq. İqtisadi və siyasi baxımdan stabilliyə nail olmağın tək yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır”, - deyə Tellioğlu əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

End of content

No more pages to load

RADİO