Zəngəzur dəhlizi “Google” xəritələrində açıq yol kimi göstərilib.
Bizim.Media “vesti.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrin erməni seqmentində böyük isterikaya səbəb olub.
Ermənilər bunu təxribat adlandırıb və ABŞ-ı ittiham ediblər:
“Google öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır.
Ermənistanda bu tip qurumlar çoxdan ləğv edilib, Rusiya isə açıq-aşkar şəkildə “Google”a məlumat ötürə bilməzdi, əgər məlumatı Azərbaycan ötürmüş olsaydı, o zaman Ermənistan ümumiyyətlə mövcud olmazdı, bu isə, nə cür adlandırılmasından asılı olmayaraq, yeganə variant kimi məlumatların ABŞ Milli Kartoqrafiya İnformasiya Mərkəzindən əldə olunması deməkdir”
Bundan əlavə, “Uber” tətbiqində də Bakı-Naxçıvan marşrutu üzrə Zəngəzur dəhlizi vasitəsilə hərəkətin açıq olduğu öz əksini tapıb.
Xatırladaq ki, bir neçə gün öncə erməni teleqram kanalların Zəngəzur dəhlizinin açılması ilə məlumatlar yayılmışdı.




Bizim.Media