Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsinin iştirakçılarına Kim Çen İnla apardığı danışıqların nəticələri barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin Kim Çen İnın Şimali Koreyaya səfər dəvətini minnətdarlıqla qəbul etdiyini söyləyib.
Kremlinin sözçüsü Putin Kim Çen İna nə hədiyyə verdiyini də açıqlayıb. Bildirib ki, Putin Şimali Koreya liderinə kosmik skafandrın əlcəyini və qısalüləli tüfəng (karabin) hədiyyə edib.
Peskov Putin və Kim Çen İn arasında artıq birgə tədbirlərin planlaşdırılmadığını də əlavə edib.
Bizim.Media