İranın Baş prokuroru Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın Baş prokuroru Məhəmməd Mohadi Azad İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak etmək üçün Azərbaycana səfər edib. Bu, İran Baş prokurorunun vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfəridir.
Səfər çərçivəsində Mohadi İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak edəcək.
Qeyd edilib ki, Mohadi Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə, eyni zamanda, Rusiya və Türkiyədən olan həmkarları ilə də görüşüb müzakirələr aparacaq.
Bizim.Media