Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Yaqub Piriyev bu təyinatadək Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bizim.Media